Xəbər verdiyimiz kimi cənab Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə bir qrup şəxsi təltif edib. SİA təltif olunanların fikirlərini öyrənərək onlar arasında sorğu keçirib.

“Tərəqqi” medalı ilə təltif olunan deputat Cavid Osmanov: “Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmağım fəaliyyətimə verilən çox böyük qiymətdir. Təltif olunmağım ilə əlaqədar Partiyanın Sədri, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, həmçinin partiyanın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının amallarına və Prezident cənab İlham Əliyevin siyasi kursuna bundan sonra da sədaqətlə xidmət edəcəm. Ulu Tanrı Prezident cənab İlham Əliyevi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı və Azərbaycanımızı qorusun".

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan deputat Hikmət Məmmədov: “Hər bir vətəndaş üçün öz prezidenti tərəfindən təltif olunmaq böyük qürur və şərəfdir. Lakin vətənə xidmətin ən ali nümunəsini yaratmış bir prezident tərəfindən təltif olunmaq ayrıca bir qürur və şərəfdir. Üstəlik, bu təltifin YAP-ın yaranmasının 30 illik yubileyi münasibətilə edilməsi mənim üçün mənəvi baxımdan olduqca dəyərlidir. Ona görə də Azərbaycan Prezidentinə bütün əqidədaşlarım adından ürəkdən təşəkkür edirəm. Bu bütövlükdə YAP-ın fəaliyyətinə verilən mükafat kimi qiymətləndirilməlidir”.

“Tərəqqi” medalı ilə təltif olunan deputat Elman Nəsirov: “YAP-ın 30 illiyi münasibətilə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakıma görə məni “Tərəqqi” medalı ilə təltif edən cənab Prezidentə sonsuz minnətdarlığımı ifadə edirəm. Bu təltifi fəaliyyətimə verilən yüksək qiymət kimi dəyərləndirirəm və qürur duyuram.
Müzəffər Ali Baş Komandan tərəfindən mükafatlandırılmaq doğrudan da böyük xoşbəxtlik və şərəfdir. Bunu həm də əlavə bir məsuliyyət kimi qəbul edirəm. Prezident tərəfindən mükafatlandırılmağın çox böyük mənası və əhəmiyyəti var. Bundan sonra dövlətçiliyimizin müdafiəsi, cənab Prezidentin ideyalarının təbliği istiqamətində fəaliyyətimizi daha da gücləndirməliyik.
Prezident söyləyir ki, “Gedin və xalqa ləyaqətli xidmət edin!”. Mən bu mükafatı həm də bundan sonra xalqıma daha da ləyaqətli və əzmkarlıqla xidmət etməyə çağırış kimi qəbul edirəm. Bundan sonrakı fəaliyyətimdə də çalışacağam ki, ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak edim, Azərbaycanın dövlət maraqlarını hər yerdə müdafiə edim və güclü Azərbaycan dövlətinin daha da möhkəmlənməsi prosesinə az da olsa mən də öz töhfəmi verim. Bir daha cənab İlham Əliyevə təşəkkür edirəm”.

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin​ ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yaranması və fəaliyyəti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyi münasibətilə “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında​ fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında" 30 noyabr 2022-ci il tarixli Sərəncamı əsasında 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim mənim üçün böyük şərəf, eyni zamanda, məsuliyyətdir. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə fəaliyyətimə verdiyi yüksək qiymətə və göstərdiyi etimada görə dərin təşəkkürümü bildirirəm. Əmin edirəm ki, bundan sonra da ​ dövlətçiliyimizin inkişafına, qalib Azərbaycanın yaratdığı reallıqların qarşıya qoyduğu möhtəşəm vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində var gücümlə çalışacağam.
​Cənab Prezidentin Sərəncamı ilə yüksək dövlət təltifinə layiq görülməyimlə bağlı mənə çoxsaylı təbrik edənlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Möhtərəm Prezidentimizin yüksək etimadı böyük məsuliyyət, gələcək fəaliyyət üçün çağırışdır. Bu baxımdan təltif olunanların hər birini təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar diləyirəm!”.

“Tərəqqi” medalı ilə təltif olunan deputat Əziz Ələkbərli: “Bu gün “Tərəqqi” medalı ilə təltif olunmağım üç cəhətə görə - Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin sırasında təltif olunmağıma görə, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və cənab Prezidentin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə təltif olunmağıma görə və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif olunmağıma görə mənim üçün qürurvericidir. Prezidentinin etimadına layiq görülmək hər bir vətəndaş üçün şərəfdir və bu yüksək etimad üçün möhtərəm Prezidentimizə təşəkkür edirəm! Tanrı Xalqımızı, Dövlətimizi və tariximizə Zəfər yazan Müzəffər Ali Baş Komandanımızı daim var eləsin!”.

"Əməkdar Jurnalist" fəxri adına layiq görülən “Səs” qəzetinin siyasət şöbəsinin müdiri,
yazçı-publisist İlham Əliyev: "
Məni Azərbaycan Respublikasının içtimai-siyasi həyatında fəal iştirakıma görə, “Əməkdar jurnalist” fəxri adla təltif etdiyinə görə cənab Prezidentimizə sonsuz təşəkkürümü bildirirəm. Bu yüksək ada layiq görülməyim jurnalist və yazıçı olaraq məsuliyyətimin artmasına, daha əzmli, daha səmərəli fəaliyyət göstərməyimə imkanlar yaradacaq. Bu yüksək adı layiqincə doğrultmaq üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.
Azərbaycanımızın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi, xalqımızın maraqlarının təmin olunması istiqamətində sadiq təbliğatçınız olacağam. Mən hər zaman çalışmışam ki, jurnalist olaraq qələmə aldığım məqalələrdə, yazdığım publisistik əsərlərdə, bədii romanlarda xalqımızın maraqlarının önə çıxarılmasına, təbliğinə, Ulu Öndərimiz Heydər Əliyev ideyalarının yayılmasına, cənab Prezident Sizin gördüyünüz əvəzsiz işləri, mütərəqqi nailiyyətləri, parlaq qələbələri cəmiyyətə təqdim və təbliğ edim. Sizin xalq və dövlət üçün gördüyünüz xeyirli, gərəkli işlərinizi, Ulu Öndərimiz Heydər Əliyev ideyalarını və Azərbaycanın milli maraqlarını daha geniş coğrafiyada yaymağı özümə şərəfli borc hesab edirəm. Əminliklə demək olar ki, Dahi Öndərimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan Prezidenti İlham Əliyev kimi uzaqgörən, müdrik, dahi siyasətçi yetişdirməsi olmuşdur. Məhz cənab Prezidentin müdirik siyasətinin nəticəsində Ulu Öndərimizin başlatdığı bütün işlər yüksək səviyyədə davam etdirilmiş, sosial-iqtisadi sahədə uğurlara nail olunmuş, 30 il işğal altında olmuş torpaqlarımız düşməndən azad olunaraq, ərazi bütövlüyümüz bərpa edilib, Azərbaycanı dünyada Qalib bir dövlətə çevirilib.
Tarixi zərurətdən yaranan, Azərbaycanın hər bir qələbəsində böyük payı və imzası olan Yeni Azərbaycan Partiyası günbəgün, inkşaf edərək Cənubi Qafqazın ən böyük partiyasına çevrilib. Ötən 30 il ərzində çətin, uğurlu və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası 30 illik yubileyini Qalib Azərbaycanın Zəfər partiyası kimi qeyd edib. Qətiyyətlə demək olar ki, Azərbaycanın uğurları davamlı olacaq. Çünki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və damlı şəkildə inkişaf etməkdədir”.
“Tərəqqi” medalı ilə təltif olunan Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov: “Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi münasibətilə “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında" 30 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilməyim mənə olduqca böyük sevinc bəxş etdi. Prezident İlham Əliyevin məni dövlət təltifinə layiq görməsi heç şübhəsiz ki, böyük qürurdur, şərəfdir, eyni zamanda məsuliyyətdir. Bu dövlət təltifi bundan sonra da daha məsuliyyətli olmağı, təmsil etdiyimiz sahədə ölkəmizə yeni-yeni töfhələr verməyimiz üçün var gücümüzlə çalışmağı stimullaşdırır. Bu mənada Prezident İlham Əliyevə və Yeni Azərbaycan Partiyasının rəhbərliyinə fəaliyyətimə verdiyi yüksək qiymətə, göstərdiyi etimada görə dərin təşəkkürümü bildirirəm. Əmin etmək istəyirəm ki, bundan sonra da dövlətçiliyimizin, partiyamızın möhkəmləndirilməsinə və inkişafına bütün potensialımı sərf edəcəm, qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə çalışacağam”.

“Tərəqqi” medalı ilə təltif olunan deputat Aydın Hüseynov: “Ölkə Prezidenti, Ali Baş komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən partiyanın 30 illik yubileyi münasibətilə təltif olunanlar arasında öz adımı da görmək mənim üçün qürurvericidir. Bunun üçün cənab Prezidentə öz minnətdarlığımı bildirirəm.
Prezident bütün fəaliyyəti dövrü Azərbaycan xalqının inkişafına, ölkəmizin qüdrətlənməsinə çox böyük töhfələr verib,fəxr edəcəyimiz Zəfər qələbəsini bizə bəxş edib və 44 gündə Azərbaycanın 30 il ərzində işğal olunan torpaqlarını azad edib. Bu gün Azərbaycan iqtisadiyyatı özünün inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın iqtisadi və siyasi nüfuzu daha da artıb. Ölkə Prezidentinə böyük uğurlar arzulayıram. Daim cənab Prezidentin ətrafında sıx birləşmək və xalqımıza töhfə vermək bizim borcumuzdur”.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif edilən, YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev: "YAP ümumazərbaycan xalqının partiyasıdır. Partiyanın 30 illiyi münasibətilə hamını təbrik edirəm. Allah Ulu Öndər Heydər Əliyevin ruhunu şad etsin. O, öz həyatını Azərbaycan xalqının yolunda fəda edib.
Mənim və ailəmin həyatında bu addımın çox böyük rolu var. Cənab İlham Əliyevin mənə Prezident təqaüdü verməyi böyük fəxrdir. Bunun üçün çox sevinirəm. Allah cənab Prezidenti qorusun. Mənim həyatımda ən yüksək qiymət budur".
скачать dle 12.1