Noyabr ayı üzrə xaricdə təhsil almış və diplomunun tanınması ilə bağlı 230 müraciətçinin 210-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 20 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Təhsildə Keyfiyyət Təmanatı Agentliyindən verilən məlumata görə, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 8, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 5, dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 3, digər səbəblər üzrə 4 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 65, Rusiya Federasiyasından 64, Ukraynadan 53, Gürcüstandan 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 29 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat 28, hüquqşünaslıq üzrə 21, stomatologiya üzrə 15, tibb üzrə 12, biznesin idarə edilməsi üzrə 10 müraciətçi qeydə alınıb.
Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 12 gün təşkil edib.
Xaricdə təhsil alan 20 nəfərin diplomu tanınmadı
01
dekabr
17:18
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı