Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü (Üzeyir musiqi günü) kimi təntənə ilə qeyd edilir.
Mədəniyyət tariximizin bu əlamətdar günündə Yenisabah.az-a danışan tanınmış bəstəkar-müğənni Elza Seyidcahan bu günü pandemiyaya görə təntənəli şəkildə qeyd edə bilməsə də, Fəxri Xiyabana baş çəkəcəyini deyib:
“Milli Musiqi Günü deyəndə əlbəttə ki, ilk olaraq ağlımıza Üzeyir Hacıbəyov gəlir. Azərbaycanın musiqisi hazırda məni qane edir, söhbət peşəkar musiqidən gedir. Hazırda Dövlət Konservatoriyasında peşəkar bəstəkarları var. Bəstəkarlar İttifaqında gənc, peşəkar kadrlar var, İttifaqın sədri, dünya şöhrətli Firəngiz Əlizadə, bizlər varıq. Mən bu gün ara musiqilərindən danışmaq belə istəmirəm. Hər zaman ara musiqiləri olub, amma təki bu gün dahilərimizin – Qara Qarayevin, Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Asəf Zeynallının, Müslüm Maqomayevin ruhları şad olsun. Biz xoşbəxt xalqıq ki, belə bəstəkarlarımız olub. Bu il pandemiya olduğu üçün biz Dövlət Konservatoriyasının qarşısında yığışa bilmədik, amma Ü.Hacıbəyovun ruhunun qarşısında baş əyirik. Yəqin ki, Fəxri Xiyabana baş çəkib dahi bəstəkarların məzarlarının üstünə əklil qoyacağıq”.
Əməkdar artist bu gün bəzi müğənnilərin musiqi savadının olmamasından gileylənib:
“Əgər müğənni peşəkar musiqiçidirsə, bayağı deyilsə, o mütləq Üzeyir Hacıbəyovun repertuarına müraciət edəcək. Amma demək olmaz ki, bu gün müğənnilərin hamısı ali təhsil ocağından gəlib. Çoxsunun musiqi savadı yoxdur. Elə müğənni tanıyıram ki, Xalq artistidir, musiqi savadı yoxdur, amma İncəsənət Universitetində dərs deyir. Görün o nə qədər tələbənin evini yıxır. Pulla diplom alıb, not bilmir, belə müğənnilər var. Bax, bu bizim faciəmizdir, onları araşdırmaq lazımdır”.
“Pulla diplom alıb, not bilmir, amma universitetdə dərs deyir” - Əməkdar artist
18
sentyabr
16:49
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev