Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə “Dönər biznesi ilə məşğul olan obyektlərin sağlamlaşdırılması” layihəsinə start verib.
Bəs dönərin qiyməti necə tənzimlənəcək? Bu layihədən sonra mənşəyi bilinməyən dönərlərlə bağlı hansı addımlar atılacaq?
Məlumdur ki, belə dönərlər bir manata satılır. Digər bir məqam isə ondan ibarətdir ki, iddiaya görə, yeni layihə ilə hazırlanacaq dönərlərin qiyməti iki manat olacaq. Sosial şəbəkə istifadəçiləri belə fikir irəli sürüblər ki, AQTA bununla bir manatlıq dönərin satışını əngəlləyəcək.
Məsələ barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, agentlik yarandığı gündən bu günədək təkcə qeyd edilən layihə çərçivəsində ictimai iaşə müəssisələri sayılan dönərxanalarla deyil, ümumilikdə tarladan süfrəyədək prinsipi əsasında qida zəncirinin bütün mərhələləri üzrə dövlət tənzimləməsini və dövlət nəzarətini həyata keçirir. Aparılan nəzarət və tənzimləmə tədbirləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür:
“Dönər biznesi ilə məşğul olan obyektlərin sağlamlaşdırılması” layihəsinin məqsədi nümunəvi ayaqüstü qidalanma biznes obyektlərinin müasir standartlara uyğun formaya gətirilməsinin təmin edilməsi, o cümlədən işçi personalın bilik və bacarıqlarının inkişaf etdirilməsi, qida təhlükəsizliyi nəzarət sisteminin qurulması istiqamətində təlimlərə cəlb edilməsi, sahibkarlara hüquqi, iqtisadi və mühasibatlıq dəstəyinin göstərilməsidir.
Layihə çərçivəsində dönər məhsullarının satış və qiymət siyasəti ilə bağlı məsələlərdə agentlik tərəfindən hər hansı bir müdaxilə həyata keçirilməyəcək. Bu sahibkarların müstəqil qərar verəcəyi məsələdir. Layihə icraçıları tərəfindən sahibkarlara biznesin təşkili və marketinq siyasəti ilə bağlı müvafiq təlimlər keçiriləcək”.
Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
19
sentyabr
12:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat