Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 66 min 866 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlar apardığı hesablama göstərir ki, ölkəyə gətirilən avtomobillərin ümumi gömrük dəyəri 932 milyon 95,4 min dollar olub. Nəticədə ölkəyə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 13 min 940 dollar (23 min 697 manat) olub.
Yanvar-noyabr ayları ərzində Azərbaycana 61 min 637 ədəd minik avtomobili, 374 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4 min 556 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 299 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal olunub.
Bundan başqa xaricdən 10 min 483 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi (hibrid), 409 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib.
Hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 12 min 840 dollar (21 min 828 manat) olub. Yalnız elektrik mühərriklə hərəkətə gətirilən 1 ədəd nəqliyyat vasitəsinin orta gömrük dəyəri isə 35 min 25 dollar (59 min 544 manat) olub.
Məlumat üçün bildirək ki, ötən ilin analoji dövrü ilə müqayisdə avtomobillərin idxalı azalıb. Belə ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 81 min 726 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib. İdxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri isə artıb. Ötən ilin ilk 11 ayında xaricdən gətirilən avtomobillərin gömrük dəyəri builkindən 26,7% az - 10 min 221 dollar (17 min 377 manat) olub.
Diqqət çəkən məqamlardan biri də idxal olunan hibrid avtomobillərin dəyərinin kəskin artmasıdır. Qeyd edək ki, ötən ilin ilk 11 ayında hibrid avtomobillərin dəyəri builkindən təxminən 2 dəfə aşağı - 6 min 82 dollar olub.
Xaricdən gətirilən hibrid avtomobillərin dəyəri 2 dəfə artıb – Rəsmi
16
dekabr
17:27
Qarabağ
KOMMENTLƏR
Bu il ölkəyə gətirilən avtomobillərin sayı açıqlandı
Səfər Mehdiyevin gömrük hikkəsi ölkəni maşın qəbirstanlığına çevirib... - İLGİNC FAKTLAR...
“Aİ-92” markalı benzin bahalana bilər? – 1,4 manata alınır
Azərbaycanda 32 il ərzində avtomobillərin sayı belə artıb - RƏQƏMLƏR
Azərbaycan gömrükçüləri külli miqdarda "iPhone" aşkar etdi
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev