Hakim Yeni Azərbaycan Partiyası (YAP) Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməsinə münasibət açıqlayıb.
Milli Məclisin YAP-dan seçilən deputatı Elman Nəsirov Modern.az-a açıqlamasında bildirib ki, Vasif Talıbovun istefası gözlənilən idi.
Onun sözlərinə görə, Naxçıvanda aşkarlanan ciddi korrupsiya faktlarından sonra istefa qərarı labüd idi: "Vasif Talıbovun istefası gözlənilən idi. Çünki Naxçıvanda keçirilən əməliyyat nəticəsində çox ciddi korrupsiya faktları üzə çıxmışdı. Bununla əlaqədar həbslər həyata keçirilmişdi. Digər sahələrdə də nöqsanlar aşkar olunmuşdu. Sual olunur ki, Vasif Talıbov indiyədək hara baxırdı, niyə bu qurumlara nəzarət etmirdi. Görünür, vəzifəsinin öhdəsindən gələ bilməyib. Belə olan halda istefa labüd idi".
Bundan əlavə, deputat tezliklə Naxçıvanda ciddi dəyişikliklərin olacağını əlavə edib.
Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin iclası keçirilib. İclasda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.
Naxçıvan MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.
Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalovdur. O, 2020-ci ildən bu vəzifədə çalışır.
YAP-dan Vasif Talıbovun istefasına REAKSİYA
21
dekabr
14:44
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev