"Ermənistanla sülh müqaviləsi, delimitasiya və kommunikasiyaların açılması bir-birindən ayrı proseslərdir".
Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Moskvada danışıqların üçüncü raundunun keçirilməli olduğunu deyən nazir bildirib: "Ermənistan bir gün əvvəl sülh müqaviləsi ilə bağlı öz təkliflərini açıqladı. Bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan dedi ki, bu təkliflə sülh müqaviləsini imzalamaq olar. Bu, ictimaiyyətə mesaj vermək xətrinə verilən açıqlamadır".
Nazir deyib ki, bir çox hallarda Ermənistan rəhbərliyi daxili auditoriyaya hesablanmış açıqlamalar verir.
“Ermənistanın öz milli maraqları baxımından praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirməsi, ilk növbədə, onun özünə faydalı olar. Biz Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsinə səy göstərməyə davam edəcəyik”.
C.Bayramov əlavə edib ki, Beynəlxalq Ədalət Məhkəməsində və Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan tərəfinin Ermənistana qarşı şikayətləri üzrə tədbirlər görülür.
Azərbaycanın XİN rəhbəri Ermənistana xəbərdarlıq etdi
27
dekabr
17:03
Qarabağ
KOMMENTLƏR
"Ermənistanın mövqeyi onun özünə ziyan vuracaq" - Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
"İrəvan sülh sazişi ilə bağlı təkliflərini Bakıya təhvil verib" - Paşinyan
"Ermənistanın qeyri-konstruktiv mövqeyi irəliləyişlər əldə olunmasına mane olur" - Nazir
"Azərbaycan-Ermənistan danışıqları yaxın həftələrdə baş tutacaq" - Nazir
Azərbaycan sülh sazişinin yeni variantını Ermənistana VERDİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı