Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun retro maşın kolleksiyası olması çoxlarına bəllidir.
“Qafqazinfo” xəbər verir ki, Vasif Talıbov vəzifədən istefa verdikdən sonra bu maşınların yerini dəyişmək qərarına gəlib.
Belə ki, sözügedən retro maşınlar kolleksiyasına daxil olan avtomobillər bir neçə gün öncə Vasif Talıbova məxsus Bakının Atatürk prospektində yerləşən villadan təcili daşınıb. Bunun üçün onun evinin önünə bir neçə evakuator da cəlb olunub. Hazırda sözügedən maşınların “Gəmiqaya Holdinq”in ərazisinə gətirilməsi ilə bağlı iddialar var.
Qeyd edək ki, Vasif Talıbov istefa verdikdən sonra ona məxsus “Nəşqicahan” holdinqin tərkibindəki bir sıra ticarət obyektlərindəki mallar endirim adı ilə dəyər-dəyməzinə satılıb.
Bundan başqa, Talıbovun Naxçıvanda yerləşən fermasında olan mal-qaranın da təcili kəsilərək satışa çıxarıldığı gələn xəbərlər arasındadır.
Vasif Talıbov retro maşınlarını villasından təcili DAŞIYIB
30
dekabr
10:31

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat