Şirvan Şəhər İcra Hakimiyyəti “Delta-inşaat” MMC ilə maliyyə dəyəri 284 604 AZN olan müqavilə imzalayıb. Yenisabah.az xəbər verir ki, şirkət bu məbləğə Şirvan şəhərində abadlıq işləri aparmalıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Delta-İnşaat” MMC 27 yanvar 2012-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 50 AZN-dir. Hüquqi ünvanı Şirvan şəhəri, M.Rəsulzadə küçəsi, ev 14-də yerləşir. Şirkətin qanuni təmsiçisi İbrəhimov Əlimurad Nuralı oğludur.
“Delta-İnşaat” MMC 8 ildir fəaliyyət göstərsə də, açıq mənbələrdə onunla bağlı məlumat demək olar ki yoxdur.
Şirkətin qanuni təmsilçisinə gəlincə, Əlimurad İbrəhimov da tanınan iş adamı deyil. Bununla belə apardığımız araşdırmalar nəticəsində məlum olub ki, o başqa bir şirkətin də sahibidir. Həmin şirkət “Next Təchizat” MMC-dir. Bu şirkət də 2012-ci ildə yaradılıb. Nizamnamə kapitalı 50 AZN-dir. “Delta İnşaat” MMC ilə eyni hüquqi ünvanda yerləşir.
Maraqlıdır ki, bir neçə gün əvvəl Şirvan Şəhər İcra Hakimiyyəti “Next Təchizat” MMC ilə maliyyə dəyəri 253 507 AZN olan müqavilə imzalayıb. Həmin müqaviləyə görə şirkət şəhərdə abadlıq işləri görməlidir.
Beləliklə, icra hakimiyyəti abadlıq işlərinə görə Əlimurad İbrəhimovun şirkətlərinə toplam 538 111.96 AZN vəsait ayırıb.
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
22
sentyabr
15:53
Qarabağ
KOMMENTLƏR
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev