“Hazırda ölkədə yayılan xəstəliyə antibiotikin heç bir təsiri yoxdur. Bununla yanaşı hər hansı antibakterial dərmanın istifadəsi tövsiyə olunmur”.
Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev deyib.
O bildirib ki, yalnız həkim müayinəsindən sonra antibiotik müalicəsi verilə bilər:
"İlkin olaraq xəstəliyə yoluxmuş insanlar bol maye qəbul etməlidirlər. Hərarət yüksək, əzələ ağrıları olarsa, hərarətsalıcı dərmanlardan istifadə etmək mütləqdir. Əgər 3 gün ərzində bu qrip keçməsə, həkim müayinəsində olmaq mütləqdir. Hər bir insan individiual olduğu üçün həkimə müraciət etməlidir”.
Həkim yayılan əlamətlər təkcə qripə virusuna aid olmadığı, diaqnozun yalnız test yolu ilə qoyula biləcəyini vurğulayıb:
“Xəstəliyin koronavirus, influenza, yoxsa qrip olmasına burundan alınan testlə qərar verilməlidi. Vaxtında müdaxilə olunmazsa, bu xəstəlik daha da ağırlaşa bilər. Hansısa bakterial xəstəliyə, miningitə səbəb ola bilər. Risk qrupunda olan şəxslər influenza qripinə qarşı peyvəndlə yanaşı, bakterial pnevmaniya əleyhinə də peyvənd vurdurmalıdırlar”.
Azərbaycanda hazırda yayılan xəstəliyə antibiotik TƏSİR ETMİR
18
yanvar
15:54
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı