“Hazırda boğaz ağrısı və qızdırması olanların böyük əksəriyyəti koronavirusun “Omikron” ştammına yoluxan şəxslərdir”.
Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
“Bir müddət ölkəmizdə qrip infeksiyası yayılmışdı. Hazırda ölkəmizdə qrip infeksiyası demək olar ki, yoxdur. Bu da onu deməyə əsas verir ki, çoxlarının yoluxduğu qrip deyil. Bu, koronavirusun “Omikron” ştammıdır”, - deyə həkim qeyd edib.
Onun sözlərinə görə, xəstəliyin bəzi simptomları qriplə oxşardır. Oxşarlığın çox olması səbəbindən xəstəliyin müəyyən edilməsi çətinləşə bilər.
“Omikron” ştammının əsas simptomları hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissidir. Qripin simptomları isə öskürək, yüksək hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya axıntısı, baş ağrısı, yorğunluq və sairədir. Bu virusları bir-birindən ayırd etmək üçün ancaq yaxma analizi vermək lazımdır”, - M.Əliyev əlavə edib.
“Omikron”, yoxsa qrip? - Necə müəyyən edək?
14
fevral
17:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat