"İranda gedən proseslər çox dərin proseslərdir. Hakimiyyətin laxtalanması, devrilməsi üçün bütün proseslər yetişib. Bu gün İran faktiki inqilaba hamilədir. İran özünü dünyadan təcrid edib. İranın dostlarını sayı beş barmaqdan da azdır".
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib:
"Belə vəziyyətdə Azərbaycanla münasibətlərini düşmənçilik səviyyəsinə gətirib çıxarması ağılsızlıqdır, siyasi dəlilikdir. Buna mən başqa ad verə bilmərəm. Son günlər İranın hərbi zavodlarında partlayışlar baş verməkdədir. İran çox gözəl başa düşür ki, yeritdiyi aqressiv siyasət onu bu günə gətirib çıxarıb. Xüsusilə vurğulamaq lazımdır ki, İran ABŞ, İsraillə münasibətlərinin ən mürəkkəb çağlarını yaşayır. İranda artıq bir müddətdir ki, xalq ayağa qalxmışdı. Xalq hakimiyyətin zülmündən və törətdiyi cinayətlərdən bezib. İran əsl simasını ortaya qoyub. Çoxsaylı edam cəzaları tətbiq edib. Biz sanki orta əsrlərdəki İranı görürük. Yəni bu qədər acı reallıq var".
Deputat bildirib ki, bütün dünya Tehrandakı səfirliyimizə hücumu pislədi. İran bununla statusunu dünyaya nümayiş etdirdi:
"Əgər qonşu dövlətin səfirliyinə bu cür hücum ediblərsə, bunun başqa adı ola bilməz. Birmənalı şəkildə terrordur və siyasi motivlidir. Bu hadisədən sonra məsələni ailə- məişət səviyyəsinə endirdilər. Çox gülünc idi və tənqidə belə dözmür. Amerikalılar buna "nonsens" deyirlər. Yaranmış gərginliyin İran tərəfi fərqinə vardı və İranın Prezidenti Azərbaycan Prezidentinə telefon zəngi etdi. Bu, gərginliyi yumşaltmağa xidmət edən addım idi. Ancaq ox yaydan çıxıb. Bunu da nəzərdən qaçırmayacaq. Bütün bunlar "Daldan atılan daş topuğa dəyər" anlamı yaradır. İran bu gün bölgədə sözün əsl mənasında təhlükə mənbəyinə çevrilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeritdiyi siyasət ilk növbədə xalqımızın təhlükəsizliyinin təminatına yönəlib. Bizim Türkiyə, Pakistan ilə ənənəvi müttəfiqlik münasibətlərimiz güclənib. Azərbaycanın beynəlxalaq aləmdə mövqeyi kifayət qədər güclüdür. Bunları İran haqqında söyləmək mümkün deyil".
Elman Nəsirov İran haqqında: “Bu, ağılsızlıqdır, siyasi dəlilikdir”
30
yanvar
13:30
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı