“Evdə qalmış” filmində Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadəyə söz atılması sosial mediada diqqət çəkib.
OLAY yazır ki, ekran işində Xalq artisti Həmidə Ömərovanın canlandırdığı obraz oğluna “Birdən xaricdən qız alarsan ha! Van Dammı görürsən? Demişdi oğluna ki, get, Azərbaycandan qız al, o da aldı. Gül kimi ailə qurublar!” sözlərini deyib.
Sosial şəbəkələrdə paylaşılan treylərə Suada şərh yazaraq bəyəndiyini bildirib.
Qeyd edək ki, layihədə Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Mehriban Xanlarova, Kəmalə Piriyeva, Şəhriyar Əbilov, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb.
Filmin quruluşcu rejissoru isə Valeh Əhmədovdur. Ekran işi 9 fevraldan kinosevərlərin ixtiyarına buraxılacaq.

скачать dle 12.1