Azərbaycanda təyyarəyə görə böyük məbləğdə sığorta ödənişi həyata keçirilib. Söhbət "İpək Yolu Sığorta" şirkətindən gedir.
"MediaPost"un sığorta şirkətindən əldə etdiyi məlumata görə, yük təyyarəsinə dəyən ziyan üzrə 1 milyon 316 min manat sığorta ödənişi həyata keçirilib və əsasən təmir xərclərinə yönəldilib: "Sığorta ödənişi yük təyyarəsinin mühərrikinin zədələnməsi nəticəsində çəkilən təmir və material xərcləri ilə bağlı olub". Şirkətin idarə heyətinin sədri Niyazi İmanov "MediaPost"a bildirib ki, sığortalanan təyyarələr bahalıdır. Adi bir quşun və ya digər yad cismin mühərrikə düşməsi böyük ziyana səbəb ola bilir. Yəni, sözü gedən hadisə hər hansı bir təyyarə qəzası ilə bağlı deyil, mühərrikə dəyən ziyan üzrə ödənilib. Bununla belə, sığorta şirkəti təyyarənin hansı şirkətə məxsus olmasını açıqlamayıb.
Qeyd edək ki, "İpək Yolu Sığorta" Azərbaycanda hava nəqliyyatı vasitələrini sığortalayan yeganə şirkətdir. ASC-nin səhmlərinin 38,74%-i – Cəmilə Əsgərova, 38,74%-i – Məlahət Əsgərova, 19,05%-i – “Silk Vey Aviaşirkəti” və 3,47%-i isə AZAL-a məxsusdur.
Azərbaycanda sığorta şirkəti təyyarəyə görə milyonluq ödəniş etdi
25
sentyabr
13:15
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev