Ermənistan Müdafiə naziri David Tonoyan Rusiyaya səfər edib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Şuşan Stepanyan öz Feysbuk səhifəsində paylaşıb.

Onun Rusiyaya Qafqaz-2020 təliminin əsas mərhələsini müşahidə etmək üçün getdiyi bildirilib.

Təlimə Rusiya Prezidenti Vladimir Putin də qatılacaq.
скачать dle 12.1