Avqust ayının əvvəlində xəbər yayıldı ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən süd məntəqəsindən atmosferə normadan artıq tullantı atıldığı aşkar ediblər. Faktla bağlı müəssisənin sahibi barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub. Obyekt sahibinə istehsal sexində təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş” verilib. Amma bu barədə ETSN-nin yaydığı məlumatda sözügedən müəssisənin ümumiyyətlə kanalizasiya sisteminin olmadığı, tullantının hara gəldi atıldığı və ətraf ərazidən insanları bezdirən pis qoxu yaydığı faktı qeyd olunmadı.
Bir ikimərtəbəli əsas və yanaşı birmərtəbəli binadan ibarət məntəqə Milabad qəsəbəsində, Beyləqan – Daşburun yolunun üstündə yerləşir. Müəssisəyə Vüqar Ağalıyev adlı şəxs rəhbərlik edir. Yeri gəlmişkən, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində ardıcıl tədbirlər görən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları da sözügedən müəssisədə baxış keçirməlidirlər. Çünki gündəlik istehsal gücü 10 tondan artıq olan Milabad süd və süd məhsulları (pendir, dovğa, kəsmik və s.) istehsalı müəssisəsində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə də əməl edilmir. Antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə toplanan süddən hazırlanan məhsulların istehsalında bitki tərkibli yağ qatılır. Müəssisədə xüsusi risk qrupuna daxil olan məhsullardan olan südün ilkin emalı və istehsalı zamanı südün keyfyyətinin yoxlanılması, kənar qarışıqlardan təmizlənməsi, pasterizasiyası, soyudulması, saxlanması qaydaları kobud şəkildə pozulur.
Öyrənmişik ki, məntəqənin məhsulları əsasən Bakı şəhərinin Binəqədi rayonunda, Baksol yolunun üstündə yerləşən başqa bir müəssisəyə çəki ilə satılır. Orada isə məhsul qablaşdırılıb “İvanovka” adı ilə etiketlənir ki, bu da saxtakarlıq, başqasının əmtəə nişanından qanunsuz istifadə deməkdir.
Beyləqan da başqa bu cür işləyən sexlər, heç bir qayda-qanunu vecinə almayan sahibkarlar vardır. İnsanların sağlamlığı ilə oynayan belə “iş adamlarının” kimə arxalandıqlarını araşdırırıq.(Stv News)
P.S Məsələ ilə bağlı ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Mövzuya davam edəcəyik!
RealMedia.az
Beyləqanda istehlakçıları aldadan süd istehsalçıları kimə arxayındırlar? - AQTA hara baxır?
26
sentyabr
12:53
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev