19-22 sentyabr tarixlərində Rusiya Federal yığıncağının Federasiya Şurasının və MDB dövlətlərinin Parlamentlərarası Assambleyasının təşkilatçılığı ilə II Avrasiya Qadınlar Forumu keçirilib.
BAKİSESİ.COM-un məlumatına görə, forumda 110 dövlət və bir çox nüfuzlu aparıcı təşkilatların (UNESCO, BRİKS, UNİDO və s.) nümayəndələri təmsil olunublar.
Forum Sankt-Peterburq şəhərinin mədəni-tarixi mərkəzində təşkil olunub.
Tavrida sarayının Duma zalında keçirilən plenar iclası Rusiya Federal yığıncağının Federasiya Şurasının sədri Valentina Matvienko giriş sözü ilə açıb. Daha sonra Rusiya prezidenti Vladimir Putin iştirakçıları salamlayıb.
O, çıxışında müasir, sürətlə dəyişən dünyada qadınların özlərini müxtəlif sahələrdə çox uğurla və aktiv təmsil etdiklərini, sülhün, təhlükəsizliyin möhkəmlənməsində getdikcə daha əhəmiyyətli rol oynadıqlarını, həmçinin vacib sosial-iqtisadi, humanitar məsələlərin həllində onların fəaliyyətlərinin təqdirəlayiq olduğunu vurğulayıb.
Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının əməkdar müəllimi, Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı laureatı və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü İradə Hüseynova Azərbaycan nümayəndə heyətinin tərkibində II Avrasiya Qadınlar Forumunda iştirak edərək ölkəmizi layiqincə təmsil edib. O, “Azərbaycan Respublikasının timsalında qadının qlobal təhlükəsizliyin təminatında və davamlı inkişafında rolu” mövzusunda çıxış edib. Çıxışında Azərbaycan Respublikasında milliyyətindən, dinindən asılı olmayaraq gender bərabərliyinin qorunub saxlanmasını dövlətinin prioritet məqsədlərindən biri olduğunu vurğulayıb. Məruzədə o, həmçinin Şərqdə ilk dəfə Azərbaycan Demokratik Respublikasının qadın hüquqlarını tanımasını və qadınlara seçkidə iştirak etmək hüququ (seçmək və seçilmək hüququ) verməsini tarixi hadisə kimi dəyərləndirib. O, qeyd etmişdir ki, məhz sələfinin varisi sayılan bugünkü müstəqil Azərbaycan Respublikasında həyatın bütün sahələrində Azərbaycan qadınlarının maarifçilik missiyası uğurla davam etdirilir. Bu gün Azərbaycan Respublikasında qadın siyasətinin uğurla yürüdülməsinin nəticəsidir ki, Azərbaycan dövləti qadınların aktiv fəaliyyətinə görə beynəlxalq aləmdə Hollandiya, Almaniya. Yaponiya, Portuqaliya, İspaniya və bu kimi 187 xarici dövlətlər sırasında 87-ci yerdə qərarlaşıb. Azərbaycan hökuməti adından qadınların nümayəndə heyəti Prezident Heydər Əliyevin imzası ilə 1995-ci ildə keçirilən Pekin konfransına “Münaqişəli zonalarda əsir düşən və zorakılığa məruz qalan qadınların hüquqlarının qorunması haqqında” bəyanat ünvanlayıb. Belə mötəbər bir sənəd konfransın işində müzakirə edilərək qadın hüquqlarının qorunması ilə bağlı maddəyə əlavə edilib.
Heydər Əliyevin imzaladığı Hökumətin Milli Fəaliyyət Planında qadın hüquqlarının toxunulmazlığı və ayrıseçkiliyin yolverilməzliyi kimi vacib məsələlər öz əksini tapıb. Professor İ.Hüseynova bir məqamı xüsusilə vurğulayıb ki, Azərbaycanda uğurlu gender siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Onun qadınlara verdiyi əvəzolunmaz qiymət Azərbaycan qadınının cəmiyyətdə dəyərini bir daha təcəssüm etdirir. Bundan başqa o, çıxışında Ulu Öndər Heydər Əliyevin 2000-ci ilin mart ayında dövlət siyasətində qadınların rolunun daha da artırılmasına dair fərmanını diqqətə çatdırıb. Bu fərman Azərbaycan qadınlarına hakimiyyətin bütün sferalarında öz hüquq və vəzifələrini demokratik dəyərlərə əsaslanaraq icra etmək imkanını daha da genişləndirib.
Heydər Əliyevin qadın şəxsiyyətinə verdiyi önəmi yüksək qiymətləndirən alim xanım, hələ onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi 1970-1980-ci illərdə ölkənin sosial-mədəni həyatında qadınların rolunun artmasına böyük töhfələr verdiyini diqqətə çatdırıb.
Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu gözəl ənənələr bu gün Azərbaycana böyük məharətlə rəhbərlik edən Prezident İlham Əliyevin fəaliyyətində qabarıq surətdə öz əksini tapıb. Eyni zamanda ölkədə qadınların zəngin potensialından istifadə edilməsi üçün geniş imkanlar yaradılıb.
Çıxışının sonunda İradə xanım, tolerant ölkə olan Azərbaycan dövlətinin alim qadınlarından olmasından qürur duyduğunu izhar edib və bütün dünya qadınlarını ölkələrinin uğurlu inkişafı naminə dünya miqyasında xeyirli əməkdaşlığa və həmrəyliyə dəvət edib.
Qafqaz xalqları tarixi kafedrasının müdiri, YAP Siyasi Şurasının üzvü, professor İradə Hüseynovanın forumdakı çıxışı rəğbətlə qarşılanıb, böyük maraqla dinlənilib və yüksək qiymətləndirilib.
Forum çərçivəsində: “Qlobal təhlükəsizlik və davamlı inkişaf”; “Qlobal dünyanın davamlı inkişafında qadınlar”; “Sosial tərəqqidə qadınlar”; “İqtisadi inkişafın balanslaşdırılmasında qadınlar”; “Qlobal strateji sağlamlığın inkişafında qadınlar”;“Beynəlxalq təcrübədə maliyyə bilgilərinin ən yaxşısı”;“Beynəlxalq əməkdaşlığa yüksəlmə çağırışı”; “Qlobal platformada qadınların sahibkarlıq fəaliyyətinin təşviqatı”; “Müasir qlobal çağırışlarda alim qadınların rolu”; “Bazar iqtisadiyyatında anaların fəaliyyətinin dəstəklənməsi”; “İqlim dəyişikliyi probleminin həllində qadınların rolu”;“Qadınların adət-ənənə və novatorluq mədəniyyətində mövqeyi”; “Qlobal təşəbbüslərdə qadın maraqlarının təmin olunması”; “Rəqəmsallaşma dövründə bərabərliyin qorunub saxlanması”;“Qadınlar və İqtisadiyyat”;“Qadınların sərhədləri aşan xeyriyyəçilik missiyası”; “Beynəlxalq Ticarətdə kooperativ əməkdaşlıqda qadınlar”; “İnformasiya sistemi və mətbuatda qadınların rolu”;“Beynəlxalq inkişafda əməkdaşlıq naminə qadınların könüllülük prinsipi” mövzularında müzakirələr keçirilib.
II Avrasiya Forumun sonunda Rusiya Federasiyasının Federal yığıncağının Federasiya Şurasının sədri Valetina Matviyenkonun rəhbərliyi ilə Forum iştirakçıları tərəfindən yekun sənəd qəbul edilib.
Forum mədəni proqram çərçivəsində, 19 sentyabr 2018-ci il tarixdə Mariniskiy teatrda qala konsertə baxışla davam etdirildi. 20 sentyabr 2018-ci il tarixdə tədbir iştirakçıları Sankt-Peterburqun Petropavlovski qalasını, 21 sentyabrda isə Peterqof adlı tarix muzeyini, ziyarət ediblər.
Azərbaycanlı alim Rusiyada keçirilən II Avrasiya Qadınlar Forumunda iştirak edib
05
oktyabr
00:58

Qarabağ
KOMMENTLƏR
Hikmət Babaoğlu: Zatulinin mövqeyi Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Azərbaycan və Rusiya gömrük orqanları arasında məlumat mübadiləsinin Texniki şərtləri imzalanıb
Səməd Qurbanov: Azərbaycanlı ixracatçılara öz məhsullarının Rusiya bazarında tanıdılması və satışının artırılması istiqamətində hər cür dəstək göstəriləcək
Azərbaycan və Rusiya gömrük orqanları arasında məlumat mübadiləsinin texniki şərtləri imzalanıb
- İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı
- "Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi
- "Bir gəlin bir nəsli bədbəxt edir" - Mətanət İsgəndərli
- Bakıda gələn aydan böyük söküntü başlayır
- "Newsweek": Trampın NATO-nu zəiflətmək üçün alyansdan çıxmasına ehtiyac yoxdur
- Putinin böyük planı açıqlandı
- Komissiya sədri: “Zelenskiyə təminat verilib, onun yerinə bu şəxs keçə bilər”
- Əkrəm İmamoğlu ikinci dəfə ifadə verir
- Bu gün üçüncü Qədr gecəsidir
- Ərdoğan Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik etdi