Müğənni Nura Suri “Yalı çapkını” serialını tənqid edib.
OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında yazıb:
““Yalı çapkını” serialını o qədər təriflədilər ki, dedim mən də baxım, bəlkə dedikləri kimidir. Heç bir xarici filmdə, serialda belə tərbiyəsizlik, mənəviyyatsızlıq, qeyrətsizlik görməmişəm indiyə kimi. Bu serialı bu qədər bəyənməklərini də anlamadım. Niyə belə bir serialın çəkildiyini də. Danışılası deyil, nəinki baxılası”.
Qeyd edək ki, sözügedən serial real həyatdan götürülüb. Ekran işində baş rolları Mert Ramazan Demir və Afra Saraçoğlu canlandırır.скачать dle 12.1