Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabrdan etibarən şanlı Ordumuzun başladığı müzəffər yürüş, dövlət başçısının xalqa müraciətləri və xarici mətbuata verdiyi müsahibələr regionun siyasi mənzərəsində nə qədər böyük zəlzələ effekti yaradırsa, xalqımızın qəlbində bir o qədər dərin sevinc, qürur və qəhrəmanlıq hissi formalaşdırır. Ordumuzun düşmənin 30 il müddətində işğalda saxladığı ərazilərimizdə yaratdığı müdafiə zolağını, mühəndis-istehkam qurğularını qısa vaxtda darmadağın edərək Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini və 170-dən çox qəsəbə və kəndimizi azad etməsi dünyanın hərb tarixinə düşəcək peşəkarlıq və qəhrəmanlıq nümunəsidir.
Bu fikirləri millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev öz “facebook” səhifəsində qeyd edib.
Azay Quliyev yazıb:
“Müzəffər Ali Baş Komandanın bugünkü tarixi çıxışında Azərbaycanın öz suveren ərazilərində apardığı vətən müharibəsinə qarşı açıq və dolayısı yolla mane olmağa çalışanlara və işğalçı Ermənistana dəstək olanlara çox sərt və birmənalı xəbərdarlıq etdi. Cənab Prezidentin bu qətiyyətli çıxışı bir daha göstərdi ki, heç kimi Azərbaycanı haqq işindən döndərə bilməz, heç bir təzyiq Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Çünki xalqımız bu gün vahid məqsəd uğrunda Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib. Bu birlik düşmənə və onun havadarlarına ciddi mesaj və qələbəmizin əsas səbəbidir.
Cənab Prezidentin bugünkü tarixi çıxışında diqqəti xüsusilə çəkən digər bir mühüm məsələ Xocalı soyqırımını törədənlərin cəzalandırılması ilə bağlı söylədiyi fikirlərdi: “Mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Bu döyüşlərdə, son bir ayda Xocalı soyqırımını törədən bir çox cinayətkarlar məhv edildi.
Ali Baş Komandanın 20-ci əsrin ən böyük insanlıq faciələrindən, soyqırımlarından olan Xocalı Soyqırımı ilə bağlı söylədiyi bu fikir bizi riqqətə gətirdi, qəlbimizi bir xeyli rahatlatdı. Xocalı qatillərinin məhv edilməzi ilahi və tarixi ədalətin bərpasıdır.
Cənab Prezidentin qətiyyəti, sarsılmaz iradəsi və rəhbərliyi ilə qəhrəman Ordumuzun torpaqlarımızı işğaldan azad etməyə başlaması və xalqımızın qisasını mənfur düşməndən alması müasir tariximizin ən unudulmaz və misilsiz hadisəsidir.
Eşq olsun, Müzəffər Ali Baş Komandana!
Yaşasın, Azərbaycanın qəhrəman Ordusu!
Qarabağ Azərbaycandır!”.
"Xocalı qatillərinin məhv edilməsi ilahi və tarixi ədalətin bərpasıdır"
26
oktyabr
21:54
Qarabağ
KOMMENTLƏR
“Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi...” -
Bu kəndlər də işğaldan azad edildi - Prezident açıqladı
"Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir" - İlham Əliyev
Qubadlıdan bir qrup ziyalının Ali Baş Komandan İlham Əliyevə MÜRACİƏTİ...
Azərbaycanın üçrəngli bayrağı tezliklə Dağlıq Qarabağda dalğanalacaq!
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev