Ermənistanın mülki əhaliyə qarşı terroru davam edir. Yenisabah.az xatırladır ki, humanitar atəşkəs barədə razılığa gəlinməsinə baxmayaraq, Ermənistan dünən Bərdə şəhərinə raket atıb. Nəticədə biri azyaşlı uşaq olmaqla 4 nəfər mülki şəxs dünyasını dəyişib.
Ermənistan Qarabağda eskalasiya başlayandan Azərbaycanın münaqişə ocağından kənarda yerləşən şəhər və rayonlarına zərbə endirir. Amma müşahidələr göstərir ki, hər dəfə humanitar atəşkəs barədə razılığa gəlinəndən sonra İrəvan daha da aqressivləşir və mülki əhalini terrora məruz qoyur.
Sentyabrın 27-dən bu yana Azərbaycan və Ermənistan arasında 3 dəfə humanitar atəşkəs barədə razılığa gəlinib. Bunlardan birincisi Rusiyanın təşəbbüsü ilə oktyabrın 10-də baş tutub. Ermənistan bir gün keçməmiş Gəncədə yaşayış binasına raket zərbəsi endirib. 10 nəfər mülki şəxs dünyasını dəyişib, 30-dan çox vətəndaş ağır xəsarət alıb.
İkinci humanitar atəşkəs oktyabrın 16-da baş tutub. Bu dəfə Fransa tərəfləri atəşkəslə bağlı razı salıb. Yenə də Ermənistan razılaşmanı pozaraq Gəncəyə raket zərbəsi endirib. Bu dəfə 14 nəfər mülki şəxs həyatını itirib.
Üçüncü atəşkəs razılaşmasına Vaşinqtonda gəlinib. Yəni, bu dəfə ABŞ-ın təşəbbüsü ilə tərəflər döyüşlərə ara veriblər. Lakin Ermənistan yenə də razılaşmaya əməl etməyərək Bərdəyə raket atıb və biri azyaşlı olmaqla 4 nəfər mülki şəxs həlak olub.
ABŞ, Rusiya və Fransa Qarabağ münaqişəsinin dinc yolla həllinə yardım məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir. Hər üç ölkə, o cümlədən ayrıca Minsk Qrupu Qarabağda münaqişə alovlanandan bəri tərəfləri döyüşlərə dayandırmağa, problemi danışıqları yolu ilə həllinə nail olmağa çağırır.
Azərbaycan danışıqlara hazır olduğunu bəyan edir. Sözdə Ermənistan da münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bildirir. Amma əməldə İrəvan danışıqları pozan addımlar atır və nədənsə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri baş verənlərin üzərindən sükutla keçir, hətta Ermənistanın faktiki olaraq onlara sayğısızlığını belə, görməzdən gəlir.
Üş atəşkəs, üç terror...
28
oktyabr
12:52
Qarabağ
KOMMENTLƏR
"Biz cavab verməyə məcbur idik" - Dövlət başçısı
Müharibənin bir ayı: Şuşaya aparan qısa yol
Ermənistan atəşkəs rejimini pozur: Bu rayonlar atəşə tutulur
Atəşkəs üçün yalvaran Paşinyandan niyə soruşmurlar ki, xaricdən silahları nə üçün daşıyırsan? - deputat
Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır - Müdafiə Nazirliyi
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev