Ermənistan baş nazirinin xanımı Anna Akopyan son günlər verdiyi müsahibələrin birində açıq şəkildə etiraf edib ki, 44 günlük müharibənin gedişatında Ermənistan ordusundan 11 min nəfərdən artıq əsgər fərarilik edib. Bu çox açıq etirafdır. Eyni zamanda Ermənistan ordusundakı biabırçı vəziyyətin etirafıdır. Ancaq bütün bu reallıqlar fonunda isə 44 günlük Vətən müharibəsi dövründə bir nəfər də olsun, Azərbaycan əsgəri, hərbçisi fərarilik etmədi. Dövlətimizin başçısı İlham Əliyev müharibə dövründə xalqa etdiyi müraciətlərində dəfələrlə qeyd etdi ki, Azərbaycan əsgəri sonadək döyüşür və fərariliklə bağlı heç bir fakt qeydə alınmayıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, lakin Ermənistan ordusunda isə tamamilə fərqli vəziyyətdir. O zaman 10 min erməni əsgərinin fərarilik etməsi ilə bağlı məlumatlar var idi. Ancaq Anna Akopyanın son etirafı təsdiqlədi ki, bu rəqəm 11 mindən çox imiş. Erməni əsgəri döyüşdən qaçırdı və ya ağ bayraq qaldıraraq, təslim olurdu. Amma Azərbaycan əsgəri sona qədər döyüşürdü: "Ermənistanda çağırışçılar müxtəlif üsullardan istifadə edib, hərbi xidmətdən yayınmağa çalışırdılar. Hətta rüşvətdən də istifadə edərək döyüş bölgəsinə getməmək istəyirdilər. Azərbaycanda tam əks proses gedirdi. Azərbaycan əsgəri hərbi komissarlıqların qarşısında növbələrə düzülürdülər ki, onları döyüşə göndərsinlər. Eyni zamanda, döyüş bölgəsində yaralananlar həkimlərdən tez zamanda onları sağaltmasını xahiş edirdilər ki, yenidən ön cəbhəyə qayıtsınlar. Çünki motivlər başqa idi. Azərbaycan əsgəri nəyin uğrunda döyüşə getdiyinin, nəyə görə canını fəda etdiyinin və şəhidlik zirvəsinə ucaldığının fərqində idi. Söhbət ana Vətənin müdafiəsindən, torpaqlarımızın işğaldan azad olunmasından gedirdi. Amma erməni əsgərində bu motiv yox idi. Onlar çox gözəl dərk edirdilər ki, özlərinə aid olmayan, özgə bir torpaqda mənasız ölmə gedirlər. Elə bu səbəbdən heç bir stimulları yox idi", - deyə deputat qeyd edib.
Elman Nəsirov əlavə edib ki, bu gün Ermənistandakı revanşist siyasi dairələr yenidən müharibə ritorikasından bəhs edərkən unutmasınlar ki, qarşılarındakı qalib Azərbaycan dövləti, müzəffər Azərbaycan Ordusu və bu tarixi Zəfərə imza atmış Ordunun Komandanı Prezident İlham Əliyevdir. Bu faktları unutmasınlar. Bilsinlər ki, Azərbaycan xalqı da "Dəmir yumruğ"a çevrilib öz dövlətinin, Prezidentinin, Ordusunun arxasında dayanıb. Bu reallıqlar Ermənistanda heç bir halda yoxdur. Belə olan vəziyyətdə onların hərbi ritorikası sabun köpüyündən başqa bir effekt doğurmur.
Anna Akopyanın müsahibəsi Ermənistan ordusundakı biabırçı vəziyyətin etirafıdır - Deputat
03
aprel
11:59
Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov: – “Bu Ermənistan ordusundakı biabırçı vəziyyətin etirafıdır”
Paşinyan işdən sonra bu işlə məşğul olur
Paşinyanın xanımı ölən əsgərin anası ağlayarkən telefonla oynadı - FOTO
Erməni əsgər anaları Anna Akopyanı evlərindən qovur
Arvadını Azərbaycanda müharibə aparmağa göndərən Paşinyan nəyi etiraf etdi?
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı