Ermənistan baş nazirinin xanımı Anna Akopyan son günlər verdiyi müsahibələrin birində açıq şəkildə etiraf edib ki, 44 günlük müharibənin gedişatında Ermənistan ordusundan 11 mindən artıq əsgər fərarilik edib. Bu Ermənistan ordusundakı biabırçı vəziyyətin etirafıdır.
Bunu news365.az-a millət vəkili Elman Nəsirov bildirib.
“Bütün bu reallıqlar fonunda 44 günlük vətən müharibəsi dövründə bir nəfər də olsun bizim hərbiçimiz fərarilik etmədi. Müharibə dönəmində prezident İlham Əliyev xalqa etdiyi müraciətlərində dəfələrlə qeyd etdi ki, Azərbaycan əsgəri sonadək döyüşür. Amma Ermənistan ordusunda fərqli vəziyyətdir. O zamanlar 10 mindən çox erməninin fərarilik etdiyi üzə çıxmışdı, amma Anna Akopyanın son etirafı təsdiqlədi ki, 11 mindən də çox imiş. Erməni əsgəri döyüşdən qaçırdı, amma biz sona qədər döyüşürdük.  Ermənistanda çağırışçılar müxtəlif variantlardan istifadə edib hərbi xidmətdən yayınmağa çalışırdılar. Azərbaycan gəncləri növbələrə düzülürdü ki, döyüşə getsin.”скачать dle 12.1