29 oktyabrda Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb ki, bu da indiyəqədək ölkədə virusa yoluxmada rekord göstəricidir.
Bakısəsi xəbər verir ki, artımın səbəblərilə bağlı danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib ki, əsas səbəb insanların sadə gigiyenik qaydalara riayət etməməsidir:
“İndiki yoluxmalarda artımın bir neçə səbəbi var. Hələ bir müddət əvvəl soyuq aylarda yoluxma sayında artım gözlənildiyini açıqlamışdıq. Çünki payız-qış mövsümü bütün respirator infeksiyaların aktivləşdiyi dövrdür. Bunun da səbəbi odur ki, soyuq hava yuxarı tənəffüs yollarının müqavimət qabiliyyətini zəiflədir. Ona görə hava soyuduqca, bütün tənəffüs infeksiyaları-qrip, qripəbənzər xəstəliklər, o cümlədən, COVID-19 aktivləşir. Düzdür bizdə güclü soyuqlar müşahidə olunmur. Amma bütün dünyada soyuqlar düşdükcə, yoluxma artır. Bu baxımdan qarşıdakı soyuq günlərdə bizdə də yoluxma sayının artımı istisna edilmir”.
Professor Modern.az-a açıqlamasında deyib ki, artımın digər səbəbi biz özümüzük:
“Hazırda ölkəmizdə müharibə gedir, ordumuz irəliləyir. İnsnalar qələbələrə köklənib, bu fonda sanki psixolojik olaraq koronavirus ikinci plana keçib. Bundan qaynaqlanaraq, bəzən qorunma tədbirlərinə riayət etmədik, kütləvi toplaşmalarda maska taxmadıq, sosial məsafəni nəzərə almadıq. Bu da indiki nəticələrə gətirib çıxardı. Hələ də insanların koronavirusa laqeyd münasibətini görürük”.
Elmi Komitənin sədri qeyd edib ki, metro bağlı olduğundan avtobuslarda sıxlıq müşahidə edilir ki, bu da əlavə problemlər yaradır:
“İnsanların toplaşdığı ictimai nəqliyyat elə bir yerdir ki, orada sosial məsafənin gözlənilməsi mümkün olmur. Buna görə də insanlar maskadan mütləq istifadə etməlidirlər. Özü də maskadan düzgün istifadə etmək lazımdır. Maska gəzdirmək yox, maskanı ağzı və burnu örtəcək şəkildə taxmaq laızmdır. Deyirik maska taxmaq lazımdır, bəziləri çənəsində saxlayır. Maska tənəffüs yollarını örtməkdən ötrüdür, çənədə saxlamaqdan ötrü deyil. Yaxud soruşanda maska haradadır, deyir cibimdədir. Elə bilir ki, maska cibdədirsə, təhlükədən qorunur. Təəssüf edirik ki, bu cür səhv yanaşmalar mövcuddur. İnsanlar bilməlidir ki, maska düzgün istifadə edilmədiyi halda, yuxarı tənəffüs yolları ilə təmas edirsə, bu özü də yoluxmaya səbəb ola bilər. Əl gigiyenası, lüzumsuz təmaslardan, lüzumsuz görüşlərdən qaçınmaq, vacib olmadıqca evdən çıxamamaq lazımdır”.
Həkim tövsiyə edib ki, adi qrip halları müşahidə edildikdə belə, vətəndaşlar özünütəcrid qaydalarına riayət etsinlər:
“Bəzən insanlarda adi qripin əlamətləri hərarət, öskürək olu. İnsanlar belə əlamələtlərdə özünütəcrid etməlidirlər. O vaxta qədər ki, bunun adi qrip yaxud COVID-19 olduğunu dəqiqləşdirsinlər. Bəzi hallarda insanlar COVID-19-a yoluxur, amma düşünürlər ki, sadəcə soyuqlayıblar. Heç nəyə fikir verməyərək, adi qaydada işlərini davam etdirirlər. Beləcə onlarla insanın yoluxmasına səbəb olurlar. Ona görə də adi soyuqlama əlamətləri 3 gündən artıq davam edirsə, həkimlə məsləhətləşmə aparıb COVID-19 testi verməlidirlər”.
Virusa yoluxanların sayı niyə 1000-i keçdi? - TƏBİB rəmisindən AÇIQLAMA
30
oktyabr
13:39
Qarabağ
KOMMENTLƏR
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Reanimasiyadakı xəstələrin sayı açıqlandı
ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıb
"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev