OLAY yazır ki, hazırda mərhuma direktoru olduğu Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.
Onu son mənzilə yola salmağa gələnlər arasında ailə üzvləri ilə yanaşı Mədəniyyət Nazirliyinin nümayəndələri və bir sıra tanınmışlar yer alır.
Qeyd edək ki, Azər Paşa Nemətov İkinci Fəxri xiyabanda dəfn olunacaq.



