2022-ci ildə 6 nəzarət tədbiri üzrə materiallar Hesablama Palatası Kollegiyasının qərarına əsasən, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Hesablama Palatası tərəfindən göndərilmiş materiallar aşağıdakılardır:
1.Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində toplanmış audit sübutları ilə bir sıra istiqamətlərdə cinayət tərkibinin əlamətlərinin olma ehtimalı ilə əlaqədar Baş Prokurorluğa;
2.İnnovasiya və Təchizat Mərkəzi” PHŞ - tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin gömrük rəsmiləşdirilməsində göstərilən qiymətlərdən dəfələrlə çox olması və audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlə əlaqədar Baş Prokurorluğa;
3.Dövlət Sosial Müdafiə Fondu- Məlumatları təhrif edilmiş şəxsiyyət vəsiqələri əsasında 51 nəfərə 20.04.2013-cü il tarixinədək pensiya təyin olunaraq əlavə vəsait ödənilməsi halı və digər rayonlarda (şəhərlərdə) bu halın olma ehtimalı ilə əlaqədar Baş Prokurorluğa;
4.Gənclər və İdman Nazirliyi -2020-ci ilin 25-29 mart tarixlərində Bakı şəhərində 55-ci Avropa Çempionatının keçirilməsi məqsədilə “Milli Karate Federasiyası” İB-yə köçürülmüş vəsaitin aidiyyəti üzrə xərclənməsini təsdiq edən sənədlərin olmaması ilə əlaqədar Baş Prokurorluğa;
5.Dövlət Gömrük Komitəsinin “Azerterminalkompleks” Birliyi - audit sübutları ilə cinayət tərkibinin əlamətləri olan çoxsaylı hüquqpozmaların aşkat olunması, eyni zamanda Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) daxil olmuş məktub əsasında DTX-ya;
6.Gəncə Regional Mədəniyyət İdarəsi- Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müraciəti ilə əlaqədar DTX-ya.
Qeyd edilib ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən, Hesablama Palatası tərəfindən göndərilmiş materiallar əsasında 1 tədbir üzrə vurulmuş ziyan ödənildiyindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib, 3 tədbirlə bağlı cinayət işi üzrə istintaqın davam etdiyi bildirilib.
Palata ötən il 6 yoxlama ilə bağlı materialları Baş Prokurorluğa və DTX-ya göndərib
12
aprel
11:07
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev