Son günlər erməni cəmiyyətində Paşinyan hakimiyyətinə təzyiqlər artmaqdadır. Artıq baş nazirin ünvanına mediada və sosial şəbəkələrdə açıq məktublar ünvanlanaraq ittihamlar səsləndirilir. Ondan hakimiyyəti bu böhran vəziyyətindən çıxara biləcək birinə verməsi tələb olunur. Məğlub xalqın bəzi nümayəndələri Ermənistan əhalisini oyatmağa çalışır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan keçmiş deputat Gülər Əhmədova erməni xalqında daxili çəkişmələrin başladığını qeyd edib:
“Artıq Ermənistanda insanlarda narahatlıq var, diaspora ilə Yerevan erməniləri arasında ciddi problemlər yaşanır. Çünki onlar diasporanın tələblərini həyata keçirmirlər, diasporanın etdikləri ilə razı deyillər. Mən bir neçə gündür diasporanın “dili” olan insanların “YouTube”dan etdikləri müraciətlərə qulaq asıram. Birmənalı şəkildə sizə deyirəm ki, çox böyük məğlubiyyət içərisindədirlər. Hətta deyirlər ki, “Bir halda ki, biz deyənə qulaq asmadınız, indi gözləyin türklər gəlib sizi 15-ci ildəki kimi Yerevanda öldürəcəklər”. Artıq əlaqələr qırılıb. Bir var ordunun, əhalinin vəziyyəti, psixoloji durumu, biri də var ki, daxili çəkişmə. Artıq bir-birlərini yeməyə başlayıblar. Nikol Paşinyana, arvadına deyirlər ki, “sən korrupsionersən, sən bizim orduya göndərdiyimiz pulları istifadə eləmədin”.
İndi də deyirlər ki, guya Qarabağa Paşinyanın arvadı, 13 rəfiqəsi gələcək və s. Mən axşamlar oturub qulaq asıram ki, görüm diasporalar nələr danışırlar, nə müraciət edirlər. Diqqətlə qulaq asıram, görürəm ki, artıq onlarda demaralizasiya yaranıb, bir-birlərini “yeyirlər”.
G.Əhmədova artıq Ermənistanın öz “dostlarını” itirdiyini bildirib:
“Çünki bir tərəfdən onlara qorxu gəlib, ikinci tərəfdən də güvəndikləri bütün dağlara qar yağıb. İş o yerə çatıb ki, Çindən, Hindistandan kömək istəyirlər, onlar kimi partnyorlar axtarırlar. Artıq onların dost siyahısında Rusiya, Fransa yoxdur, təsəvvür edirsiniz? Bundan sonra Çini, İranı, Hindistanı dost kimi görürlər. Fikrimcə, tezliklə İran da o siyahıdan çıxacaq. Ermənistan artıq yönünü itirib, hansı tərəfə gedəcəyini, işıq gələn tərəfin harada olduğunu bilmir”.
“Ermənilər artıq bir-birlərini yeməyə başlayıb” – Gülər Əhmədova
31
oktyabr
11:07
Qarabağ
KOMMENTLƏR
“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL
“Ermənilərə zərbə endirilməlidir, başqa yol qalmayıb” – Tofiq Zülfüqarov
"Onun mənimlə nə düşmənçiliyi vardı ki, belə tapşırıq vermişdi” - Əli Həsənova sərt ittiham
Paşinyan xalqa yalvarandan sonra kişilər deyil, qadınlar cəbhəyə getdi
“Paşinyan hökuməti istefaya getməlidir!“ - Ermənistanın ilk Baş naziri
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı