Qondarma Dağlıq Qarabağ Respublikasının yeni “prezidenti”nin andiçmə mərasimini Şuşada keçirməsi Azərbaycan cəmiyyətində tezliklə işğal olunmuş əraziləri azad etmək barədə müzakirələrə səbəb olub.
Ölkənin tanınmış ictimai-siyasi xadimləri bildirir ki, Şuşada keçirilən qondarma tədbir artıq son həddir.
Mövzu ilə bağlı Yenisabah.az-ın suallarını cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da müharibənin qaçılmaz olduğunu bildirir:
- Ümumi strategiya bəllidir. Yəni, müharibə qaçılmazdır.
Daha doğrusu, ermənilər münaqişənin həlli ilə bağlı başqa yol qoymayıb.
Ermənilərə Şuşada keçirilən “inaqurasiya” zamanı, yaxud başqa vaxt zərbə endirmək artıq taktiki məsələdir. Bu barədə isə səlahiyyət sahibi olmayan, yaxud yetərincə olmayan şəxslər fikir söyləyə bilməzlər.
Lakin zərbə endirilməlidir. Doğrudur, beynəlxalq vəziyyətin buna təsir göstərdiyi bildirilir.
Müxtəlif fikirlər səsləndirilir ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq. Sözdə əlbəttə ki, Rusiya bununla bağlı hansısa bəyanatlar verəcək.
Amma əsas məsələ bəyanatlar deyil, əsas məsələ odur ki, müharibə olarsa, Rusiya Ermənistana dəstək verəcək, ya yox.
- Sizcə, Rusiya hansı addımı atacaq?
- Mən o fikirdəyəm ki, indiki mərhələdə Rusiya-Ermənistan münasibətləri birmənalı böhran içindədir.
İkinci amil isə ondan ibarətdir ki, Rusiyanın digər problemləri də həddindən artıq çoxdur. Bu baxımdan, Kremlin ermənilərə dəstək verməsi mümkün olan şey deyil.
- Bəs sizcə, Qərbin və regiondakı digər aktorların mövqeyi necə olacaq?
- Digər oyunçular da ermənilərə dəstək verən deyillər. Əlbəttə söhbət hərbi baxımdan dəstəkdən gedir.
Çünki Azərbaycanın torpaqlarını işğaldan azad etmək yönündə atacağı addım beynəlxalq qanunlara tam uyğundur.
Artıq hər kəs başa düşür ki, orada Dağlıq Qarabağda işğalçı administrasiya var. Onlar sadəcə guya burada hansısa ciddi qurumun olması barədə görüntü yaratmaq istəyirlər.
Ermənistan Azərbaycana hərbi təcavüz edib.
Azərbaycan güc tətbiqi ilə etnik təmizləməyə məruz qalıb.
İndi isə onlar açıq şəkildə anneksiya siyasətini həyata keçirmək istəyirlər. Yəni Azərbaycan torpaqlarını Ermənistana birləşdirmək üçün səy göstərirlər.
Bu baxımdan, təbii ki, Azərbaycanın atacağı addımlar beynəlxaq qanunlara uyğun olacaq.
- Bu halda düşünmək olarmı ki, artıq torpaqları azad etmək üçün əlverişli şərait yetib?
- Hesab edirəm ki, bəli.
Çünki Ermənistanın yeni hakimiyyətinin nümayəndələrinin səsləndirdikləri bəyanatlar və davranışları onların anneksiya siyasəti yürütdüyünü bəlli edir.
Bu baxımdan, onları müdafiə etmək, hər hansı dəstək vermək birmənalı şəkildə Azərbaycana qarşı olan bir siyasət olacaq.
İnanmıram ki, nə Rusiya, nə də Qərb belə addım atsın.
Hətta İranın da açıq şəkildə bizə qarşı bu cür siyasət həyata keçirəcəyi inandırıcı görünmür. Bu, mümkün olan şey deyil.
Hər hansı siyasətin arxasında mənəvi, yaxud da məntiqi səbəblər olmalıdır. Biz də görürük ki, ermənilərin törətdiyi cinayətlərə bəraət qazandırmaq heç cürə mümkün deyil.
- Siz müharibə üçün şərait yetişdiyini, deputat Səməd Seyidov isə hələ səbr etmək lazım olduğunu bildirir...
- Hər kəsin öz fikri ola bilər.
Əgər o, fikrini əsaslandırmaq üçün hansısa amilləri önə çəksəydi, o zaman müzakirə aparmaq olardı.
“Ermənilərə zərbə endirilməlidir, başqa yol qalmayıb” – Tofiq Zülfüqarov
27
may
19:25
Qarabağ
KOMMENTLƏR
Paşinyan Şuşadan Azərbaycana "MÜHARİBƏ NOTASI" verdi
XİN Dağlıq Qarabağda keçirilən qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev