"Aramo" adlı terror taborunun komandiri polkovnik Aram Torqomyan Dağlıq Qarabağda gedən döyüşlərdə ağır yaralanıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.
Ermənilər Xocalı qətliamının ən aktiv iştirakçısının ağır yaralandığını və tezliklə sağalması üçün dua etdiklərini bildiriblər.
Məlumat üçün bildirək ki, 1992-ci il fevralın 17-də Ermənistanın hərbi birləşmələri, eyni zamanda xarici ölkələrdə xüsusi təlim keçmiş erməni terror və quldur birləşmələri “Arabo” və “Aramo” hər tərəfdən mühasirəyə alınmış Xocavənd rayonunun Qaradağlı kəndinə hücum ediblər. “Arabo” və “Aramo” terrorçuları dinc sakinləri, o cümlədən qadınlar da olmaqla, 38 nəfər əsir-girovu kəndin kənarında qətlə yetirərək xəndəyə töküblər. Öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifin sözlərinə əsasən, şəhər “strateji məqsəd idi, lakin bu həm də qisas aktı olmuşdur”. Müəllif “Arabo” və “Aramo” adlı iki erməni dəstənin silahlılarının rolunu xüsusilə vurğulayır və onların Xocalının dinc sakinlərini nə cür qəddarlıqla öldürdüklərini təfərrüatları ilə təsvir edir.
Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatları zamanı düşmən tərəfindən xeyli sayda yüksəkrütbəli hərbçilər məhv edilib. Qondarma rejimin "müdafiə naziri" və digər generalların məhv edilməsi bunun bariz nümunəsidir. /BAKU.WS
Soyqırımın ən fəal iştirakçısı olan erməni polkovnik vuruldu
03
noyabr
11:57
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev