Azərbaycanın İnsan Hüquqları üzrı Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatlara Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmuş uşaq hüquqları ilə bağlı şikayət ünvanlayıb.
Bu barədə Ombudsman Aparatının Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, S.Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsindən uzaq məsafədə yerləşən Azərbaycanın sıx məskunlaşmış yaşayış məntəqələrinin qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində uşaqların qətlə yetirilməsi, o cümlədən Ermənistan tərəfindən uşaqların hərbi əməliyyatlara cəlb olunması, uşaq bağçalarından və məktəblərdən hərbi komandanlıq mərkəzləri, silah sursat anbarları kimi istifadə edilməsi kimi müharibə cinayətlərinə beynəlxalq hüquqi qiymətin verilməsi ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, UNICEF-ə, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə, BMT Baş Katibinin Uşaqlar və Hərbi Münaqişələr üzrə Xüsusi nümayəndəsinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə şikayət ünvanlayıb.
Müvəkkil Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, Azərbaycan Respublikasının mülki əhalisi, xüsusən də uşaqlar arasında tələfatlara səbəb olan və humanitar hüquq normaları, o cümlədən Ermənistanın imzaladığı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu ilə müharibə cinayəti sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımlar atmağa çağırıb.
Eyni zamanda, Ombudsman müraciətdə qeyd olunan qurumları Ermənistan tərəfindən mülki əhaliyə, xüsusi ilə uşaqlara qarşı son törədilən müharibə cinayətlərinin və insan hüquq pozuntularının şahidi olmaları, faktiki sübutların toplanaraq beynəlxalq hüquqi qiymət verilməsi üçün birgə müstəqil fakt-araşdırıcı missiyanın həyata keçirilməsinə dəvət edib.
Ombudsman beynəlxalq təşkilatlara şikayət ünvanlayıb
03
noyabr
18:27
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev