Sosial şəbəkələrdə Yasamal rayonundan şəhid Elvin İslamovun anası üçün Mərkəzi Klinikadan çağrılmış təcili tibbi tardım avtomobilinə görə klinikanın 100 manat ödəniş tələb etməsi ilə bağlı məlumat yayılıb.
Yeniavaz.com xəbər verir ki, məlumatı şəhidin dostlarından Şahin Usubov yayıb:
“29.10.202-ci il, dostumuz, məhlə uşağımız İslamov Elvin Elçin oğlu Yasamal rayonuna şəhid gəldi. Həmin gün axşam anasının halı pisləşdi və təcili tibbi yardım avtomobili çağırdıq. Avtomobillərin hamısının məşğul olması səbəbilə 2-3 saat gözlədikdən sonra Mərkəzi Klinikadan çağırdıq. Telefonu götürən operatora vəziyyəti başa saldıq. Nə bir baş sağlığı verdi, nə də “Allah rəhmət eləsin” dedi. İlk sözü o oldu ki, “bilirsiniz da, bizdə ödənişlidir, 100 azn, istəyirsiniz göndərək”. Göndərdilər, vaxtında gəldi, qapıda şəhidin şəklini də gördülər, yenə də baş sağlığı vermədilər. İlk sözləri “ödənişi kim edəcək?” oldu. Bizim imkanımız oldu, verdik. Bir otaqda 5 nəfər qalan şəhid ailəsi əgər verməyə pulu yoxdursa, ölməlidir?”.
Məsələ ilə bağlı Mərkəzi Klinikanın Baş direktorunun müavini Ceyhun Topçubaşov Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, həqiqətən də belə bir hal olub:
“Bu çox böyük bir nöqsandır. Biz onu qəbul edirik, başa düşürük. Bundan sonra hamıya xəbər verdik ki, təcili yardım belə ailələrə pulsuz təyin olunsun”.
Qeyd edək ki, artıq Ermənistan KİV-lərində bu məsələdən Azərbaycana qarşı istifadə olunur.
Şəhid ailəsinə ödənişli təcili yardım göndərən Mərkəzi Klinikadan ETİRAF - "Bu çox böyük bir nöqsandır"
04
noyabr
16:33
Qarabağ
KOMMENTLƏR
Bakıda 28 yaşlı gənc bıçaqlandı
Tovuz döyüşlərində şəhid olan hərbçimizin evi təmir edildi - FOTO
Ermənilər təcili yardım maşınları ilə silah daşımaq istədi – Gürcüstandan qadağa
Səhiyyə Nazirliyi: "Məişət əşyaları daşıyan təcili yardım avtomobili bizim deyil"
3-cü mərtəbədən yıxılan şagirddən XƏBƏR VAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev