"Aysun İsmayılova ilə sevərək ailə həyatı qurmuşuq".
Bu barədə Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov ARB-də yayımlanan "Maqazin plus”a danışıb:
"Alınmışdı, çox gözəl alınmışdı. Sevərək ailə qurmuşduq. O, özü də bilirdi ki, mən ona necə dəyər vermişdim, amma o, dəyərləndirə bilmədi. Ailənin bir mükafat olduğunu o, anlaya bilmədi. Şəxsən bizim ikimizin heç bir problemi yox idi. Biz dil də tapırdıq, dolanırdıq da, sadəcə nəsə başa verirdi. Ayrılıq rolunda bir tək Aysunu görürəm. Biz bir dəfə də 2 aylıq müddətə ayrılmışdıq, mən onda imkan vermədim ki, "bu mənim ailəmdir”. Mən zəif kişi deyiləm ki, balaca bir problemə ailəm dağılsın. Keçən dəfə nə üçün çalışdığımı bilirdim, indi isə bilmirəm. Biz elə bir ailə qurduq ki, işimizi də bir elədik. Biz bütün günü bir yerdə idik, mənim heç xəyanətə vaxtım belə ola bilməzdi. Xəyanətə nəinki vaxtım, heç istəyim də yox idi. Ona qarşı sevgim bitməyib, etibarım bitib. Xətrimə çox pis dəyib. Hər dəfə bir problem olanda qaçıb gedirdi. Aysun balaca kuklalar kimi, hara ötürsən ora yeriyib gedir. Aysuna təzyiq göstərəndə o, artıq nə etdiyini bilmir. Mənə nə klip, nə də tanınmaq lazım deyildi. Mən nə müğənni, nə aktyor, nə də bloger deyiləm. Hamı yazır ki "Aysuna görə tanındın”, amma mənim heç bir reklama ehtiyacım yox idi. Bizə pis söz yazanlara demək istəyirəm ki, "Buna ehtiyac yoxdur. Evin içində olanları bir mən, bir də Aysun bilirik”. Aysun mənim seçimim olub, həyat yoldaşım olub. Onun haqqında pis nəsə danışmaram. Rəqsanə xanım bizim ailəyə qarışmayacağını dedi. Dedi ki, özünüz necə evlinmisinizsə, özünüz də qərarınızı verin. O da bir anadır. Mənim Rəqsanə xanımla heç bir düşmənliyim yoxdur. Aysun yaxşı qızdır, ona həyatda xoşbəxtlik və uğurlar arzulayıram, amma tam əminliklə deyirəm ki, onun başına nə gəlsə, şıltaqlığından gələcək. Özündən böyük adamları eşitməməkdən gələcək. Mən Vətəni tərk edəcəm, çünki mən bura ailəmə görə gəlmişdim, o da alınmadı. Mən bu ailənin bitməsinə niyə film dedim? Düşünürəm ki, bu Aysunun qurduğu bir film idi. Mən ailə qurmuşdum, Aysun isə film çəkdi. 5 aydan bir deyirdi ki, boşanıram. Buna nə ad qoyum? Müğənni ilə ailə qurmaq hər adamın işi deyildi”.
Qeyd edək ki, Aysun Cəlilova və Eşqin Cəlilov bu yaxınlarda sosial şəbəkə hesablarında ayrıldıqlarını bildiriblər.
Eşqin Aysunla boşanmasının səbəbini AÇIQLADI
22
may
17:46
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı