Düşmənə qan ağladan qazi yenidən cəbhəyə qayıtmaq istəyir.
Bakısəsi Baku TV-yə istinadən xəbər verir ki, Abşeron rayonundan könüllü olaraq cəbhəyə yola düşmüş, Mehdiabad qəsəbə sakini Pərvin Allahquliyev Qubadlı rayonunun işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə əlindən və ayağından qəlpə yarası alaraq qazi olub.
Topçu olan qazimiz deyir ki, şəxsən özü düşmənə ağır zərbə vuraraq, onların üçü tank olmaqla, xeyli sayda texnikasını sıradan çıxarıb və canlı qüvvəsini məhv edib.
Atalarımızın sözünə qüvvət, igidlik insana irsən ötürülür. Pərvinin atası Yadulla Allahquliyev də 1991-ci ildə Daşaltı əməliyyatında könüllü olaraq döyüşənlərdəndir. Elə vətən sevgisi, torpaq məhəbbəti də qazimizin ruhuna qanla ötürülüb.
P.Allahquliyev bildirir ki, ayağa qalxan kimi ilk işi cəbhəyə yola düşmək olacaq.
Qazimizin anası Tahirə xanım isə, oğlu ilə bərabər vətən uğrunda gözünü qırpmayan bütün hərbiçilərmizlə fəxr etdiyini deyir. Ailə Qubadlıda yaralanan oğlunun tezliklə sağalacağına və yenidən cəbhəyə qayıdacağına inanır.
Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu (VİDEO)
05
noyabr
12:11
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev