Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanan “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” dərslik layihələri üzrə işlər davam etdirilir.
Bu barədə “Trend”in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
“Həmin dərsliklərin tam orta təhsil pilləsi üzrə seçiləcək pilot məktəblərdə dərsdənkənar məşğələlərə ayrılmış saatlardan bir saatı dərs cədvəlinə daxil edilməklə tədrisi planlaşdırılır.
Bununla yanaşı, 2021-ci il Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə görüşündə qəbul edilən “Türk Dünyasına Baxış 2040” sənədində Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında daha yaxşı əlaqə yaradılması məqsədilə ortaq türk əlifbası hazırlanması hədəflənib.
Hazırda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin, eləcə də Azərbaycanın sahə üzrə mütəxəssisləri (Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun və Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşları) cəlb edilməklə ortaq türk əlifbasının hazırlanmasına dair ilkin araşdırmalar və işlər həyata keçirilir”, - deyə məlumatda bildirilib.
“Ortaq türk əlifbası” dərsliyi hansı məktəblərdə tədris olunacaq? - AÇIQLAMA
01
iyun
15:47
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı