Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitinin yekunları üzrə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Türk Dünyasının Ali Ordeni ilə təltif edib.
"Anadolu” xəbər verir ki, Türkiyə dövlətinin başçısı bu ordenlə təltif edilməsinə görə minnətdarlığını və qürur duyduğunu bildirib.
"Türk Dünyasının Ali Ordeni türkdilli dövlətlərlə əlaqələrin gücləndirmək, xalqlarımızı birləşdirmək, Türk Dövlətləri Təşkilatının dünyada nüfuzunu artırmaq məsələsində mənim üzərimə böyük məsuliyyət qoyur”, - R.T.Ərdoğan deyib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı özünü tanınmış beynəlxalq struktur kimi təsdiqləyib: "Türk dünyası bu gün dünənkindən daha çox gücə malikdir. Ölkələrimiz müxtəlif sahələrdə: idmandan mədəniyyətə, siyasətdən ticarətə qədər sıx inteqrasiya və əməkdaşlıq arzusunda həmrəydir. Türk Dövlətləri Təşkilatının platforması dövlətlərimizin birgə səylərinin bəhrəsidir”.
Türkiyə dövlət başçısı türk dövlətlərinin birgə səylərinin istənilən çağırış və maneələrin aradan qaldırılmasına imkan yaradacağına əminliyini ifadə edib.
Xatırladaq ki, ötən gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yüksək dövlət mükafatı - "İmam Buxari" ordeni ilə təltif edib.
Ərdoğana Türk Dünyasının Ali Ordeni təqdim edilib
11
noyabr
13:46
Qarabağ
KOMMENTLƏR
Şamaxı “Türk dünyasının turizm paytaxtı” seçildi
"Bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik" - Prezident
Ərdoğan Özbəkistan Prezidenti ilə görüşüb
"40 milyon azərbaycanlı bu imkanlardan məhrumdur" - İlham Əliyev
İlham Əliyevə Türk Dünyasının Ali nişanı təqdim edildi (FOTO-YENİLƏNİB)
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev