Oktyabrın 25-də maskalı naməlum kişi Tallindəki İslam Mərkəzinə, həmçinin Azərbaycanın və Türkiyənin Estoniyadakı səfirliklərinin binalarına donuz başları atıb.
Hər üç halla bağlı polis məlumatlandırılıb. Kimliyi hələlik bəlli olmayan həmin şəxs İslam Mərkəzinin Müşahidə kameralarına düşüb. Şahidlərin sözlərinə görə, kişi rus dilində deyib: "Bu, sizin peyğəmbəriniz Məhəmmədə hədiyyədir".
Mərkəzin əməkdaşları hüquq-mühafizə orqanlarına şikayət edərək, İslam ibadətgahını təhqir edən şəxsin etnik eston olduğunu güman ediblər. Bütün müsəlmanlar üçün təhqiramiz olan bu əməlin baş verdiyi vaxtı nəzərə alsaq, bunun yalnız tək bir dini radikalın xuliqan hoqqası deyil, dinlərarası və etnik nifrəti qızışdırmağa yönəlmiş yaxşı bir təxribat olduğu qənaətinə gəlmək olar. Qeyri-rəsmi məlumatlara görə, bu vandalizm hərəkəti "müsəlmanların xristianlara qarşı pis münasibətinə" və "Azərbaycanın Ermənistana qarşı Dağlıq Qarabağdakı hərəkətlərinə" cavab olaraq, dini radikalizmi ilə seçilən bir eston tərəfindən törədilib.
Ölkəmizin Baltikyanı respublikalarla mehriban münasibətlərinə xələl gətirməyə çalışan Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təxribatı göz qabağındadır. Azərbaycan tərəfinin Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyanın bu təxribatçı hücumda əli olduğuna dair əsaslı şübhələri var. Aksiyada Ermənistan xüsusi xidmət orqanlarının dəst-xətti də görünür. Estoniyanın hüquq-mühafizə orqanları sivilizasiyalararası və dinlərarası qarşıdurma yaratmaq cəhdlərinin aktual olduğu bir dövrdə bu dəhşətli cinayəti hərtərəfli araşdırmalıdırlar. /Virtualaz.org
Ermənistan səfirinin agentləri Məhəmməd peyğəmbəri təhqir etdi
07
noyabr
10:15
Qarabağ
KOMMENTLƏR
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
“Bircə yolumuz var- hərbi gücdən istifadə edib düşməni dayandırmalıyıq” - YOXSA...
Çeçenistanda Fransa prezidenti “dünyanın bir nömrəli terrorçusu” adlandırıldı
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib -
Bakının işğaldan azad edilməsindən 102 il ötür
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı