“Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib”.
Bu məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi 9 sentyabr- Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə açıqlamasında bildirib. Həmçinin vurğulanıb ki, etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlılar, o cümlədən məktəblilər, tələbələr və müəllimlər Ermənistandakı doğma torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salınıblar.
On minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün düşmüş oğlan və qızlar, bu vəziyyətdən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirməyə davam edirlər.
Düşmən vandallığının növbəti bariz nümunəsi barədə millət vəkili Elman Məmmədov “Sherg.az”a danışıb:
“Bu, yeni statistika deyil. Ermənilər işğalın ilk günlərindən etibarən bizim tikililəri dağıdırlar. Nəinki təhsil müəssisələri, həmçinin memarlıq abidələrimiz də məhv edilir. Səbəb isə məlumdur - tarixi saxtalaşdırmaq, azərbaycanlıların Dağlıq Qarabağdakı izlərini itirmək. Odur ki, bu günədək bizə aid nə varsa talayır, başqa yerlərə daşıyırlar.
Otuz ildir bəyanatlar verir, məlumatları yayırıq. Lakin nəticəsi yoxdur. Düşmən işğalçılıq siyasətindən əl çəkmir. Deməli, bizim bircə yolumuz var- hərbi gücdən istifadə edib düşməni dayandırmalıyıq. Bundan sonra tarixi abidələrimiz də, məktəblərimiz də bərpa olunacaq”.
E.Məmmədov, həmçinin vurğulayıb ki, islam ölkələri bu haqsızlıqlara səssiz qalmamalıdır:
“Ermənilərin işğalı barədə belə statistik məlumatlar ilk deyil. Biz daim beynəlxalq təşkilatlara, o cümlədən UNESKO-ya, ATƏT-ə, AŞ-a, BMT-yə müraciət etmişik, narahatlığımızı çatdırmışıq.
Eyni zamanda İslam İnkişaf Təşkilatının bütün tədbirlərində Prezidentimiz məsələni gündəmə gətirib. Düşmənlərimizin məscidlərimizdə donuz saxladıqları və beləliklə, dinimizi təhqir etdikləri məlumdur.
Amma özlərini müsəlman ölkəsi kimi təqdim edənlər düşməni dəstəkləyirlər. Dövlət başçımız İran İslam Respublikasının Azərbaycana təyin olunmuş yeni səfirini qəbul edərək bu məsələni növbəti dəfə gündəmə gətirdi. Gərək islam dövlətləri nəticə çıxarsınlar, həqiqəti anlasınlar”.
“Bircə yolumuz var- hərbi gücdən istifadə edib düşməni dayandırmalıyıq” - YOXSA...
10
sentyabr
23:27

Qarabağ
KOMMENTLƏR
XİN: Ermənilər Azərbaycanın 1 107 məktəb və 855 uşaq bağçasını dağıdıb
Tural Gəncəliyev AŞPA-nın iclasında erməni təxribatından danışdı
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
XİN Dağlıq Qarabağda keçirilən qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
"Başqa həll modeli mövcud deyil” - Hikmət Hacıyevdən Qarabağ AÇIQLAMASI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat