Türkiyənin "American hastanesi"ndə müalicə aıan hüquq müdafiəçisi Oqtay Gülalıyev Azərbaycana gətirilir.
Bu barədə onun oğlu Təbtiz Gülalıyev bildirib.
O qeyd edib ki, bu gün, şənbə günündən bazar gününə keçən gecə saat 02:10 radələrində vətənə qayıdırlar:
"Məlum səbəblərə görə atamın müalicəsi Bakıda, şəxsi evimizdə davam edəcək. Ümid edirik ki, vətənə qayıtmağımız hər halda uğurlu olacaq.
Bu arada, atamın ötən ilin 29 oktyabr tarixində keçirtdiyi qəzanın 1 il tamamında (29.10.2020) nəhayət ki, hazırlıq məhkəməsi başladılıb və ertələnərək məhkəmə baxışı 13 noyabr saat 10:00 -a təyin edilib".
Xatırladaq ki, Oqtay Gülalıyev ötən ilin oktyabr ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.
Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Oqtay Gülalıyev Azərbaycana gətirilir
07
noyabr
11:50
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı