Azərbaycanda 2 gün ərzində sürücülər 4 piyadanı vurub hadisə yerindən qaçıblar.
“Bakisesi.com” DİN-ə istinadən xəbər verir ki, oktyabrın 6-da saat 21 radələrində Abşeron rayon, Hökməli qəsəbəsində Bakı şəhər sakini Novruz Abbasov naməlum avtomobil tərəfindən vurulub və piyada xəsarətlə xəstəxanaya yerləşdirilib. Qəzanın “KamAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Laçın rayon sakini Cəbrayıl Səfərov saxlanılıb.
Eyni gündə, eyni saatda oxşar hadisə paytaxta qeydə alınıb. Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində Anar Cəlali avtomobillə vurulub və 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Qəzanı törədən VAZ-2103” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Aqil Salmanov saxlanılıb.
Digər hadisə də eyni gündə, 1 saat tez Zaqatala rayonunun Muxax kəndi ərazisində baş verib. Yolu keçən kənd sakini Abdulrəhman İbiyev avtomobillə vurulub və ölüb. Hadisəni törədən “Mercedes” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Oqtay Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Oktyabrın 7-də saat 21 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Sədrəddin Şahməmmədov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Hadisə yerindən yayınmaqda şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Elmin Əhmədli saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Son iki gündə 4 piyadanı maşın vurub
08
oktyabr
11:35
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev