Oktyabrın 25-də Estoniyanın paytaxtı Tallin şəhərindəki İslam Mərkəzinin, habelə Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına kəsilmiş donuz başları atılıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, İslam Mərkəzindəki müşahidə kameralarının çəkdiyi naməlum maskalı şəxsin bu əməlləri haqqında polisə məlumat verilib. Şahidlərin bildirdiyinə görə, həmin şəxs eston ləhçəsi ilə rus dilində “Məhəmmədə hədiyyəmdir” deyib.
Müsəlmanları təhrik etmək məqsədi açıq-aşkar sezilən bu əməlin adi xuliqanlıq yox, məhz dinlərarası və millətlərarası ədavəti qızışdırmağa yönələn mütəşəkkil təxribat olduğunu söyləmək üçün tutarlı əsaslar var. Qeyri-rəsmi məlumatlara görə, bu məkrli əməli törədən dini radikal müsəlmanların xristianlara qarşı pis münasibətinə və Azərbaycanın Dağlıq Qarabağda Ermənistana qarşı etdiklərinə cavab etmək istəyirmiş.
Həmin şəxsin arxasında Azərbaycanın Baltik respublikalarla dost münasibətlərinə xələl gətirmək məqsədi güdən Ermənistan xüsusi xidmət orqanlarının dəst-xəttini görmək heç də çətin deyil. Üstəlik Ermənistanın Latviya, Estoniya, Litvadakı səfiri Tiqran Mkırtıçyanın bu istiqamətdə açıq-aşkar canfəşanlıq etməsi də nəzərə alınsa, belə bir ehtimal daha da güclənir. Belə ki, həmin dini radikalın Ermənistan kəşfiyyatının xəfiyyəsi olduğunu qətiyyətlə söyləmək olar.
Yəqin ki, Estoniyanın aidiyyəti qurumlarının səfir T.Mkırtıçyanın fəaliyyətini diqqətlə araşdırmaları yerinə düşərdi.
Tallindəki İslam Mərkəzinə qarşı təxribat törədilib
07
noyabr
12:42
Qarabağ
KOMMENTLƏR
Ermənistan səfirinin agentləri Məhəmməd peyğəmbəri təhqir etdi
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib -
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Bakının işğaldan azad edilməsindən 102 il ötür
Azərbaycanda əsgəri öldürərək qaçan və "Taliban"a qoşulan şəxsə ömürlük cəza verildi - MƏHKƏMƏ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı