“Bütün Şuşa əhalisinə bir müraciətim var: Bu vaxta qədər cənab Prezidentimizin arxasında bir yumruq kimi birləşmişik, əsl birlik vaxtı isə indidir. Allahın izni, Prezidentimizin qətiyyətli iradəsi, Azərbaycan Ordusunun şücaəti sayəsində biz Şuşamıza qayıdacağıq”.
Bu sözləri Modern.az-a Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. O bildirib ki, Şuşa ilə bağlı xoş xəbəri gözləyənlər, öz torpaqlarına qayıtmaq istəyən bütün şuşalılar onunla əlaqə saxlayırlar:
“Bütün şuşalılar qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Təki Ordumuz torpağımızı azad etsin, təki Prezidentimiz bütün xalqa şad xəbər çatdırsın. Cənab prezidentimizə canımız da qurbandı, malımız da, əmlakımız da - hamısı qurbandır. Hamı Şuşaya getmək istəyir. Planlarımız Şuşaya gedib işləmək, oranı yenidən möhtəşəm bir Azərbaycan şəhərinə çevirmək üçün zəhmətlə çalışmaqdır. Bütün şuşalılar bir nəfər kimi ayaqdadırlar. Nəinki, şuşalılar bütün azərbaycanlılarımızdan müraciət var ki, biz Şuşaya qayıtmaq istəyirik. Azərbaycanın hər yerindən bizə zəng, müraciət edirlər. Azərbaycanın yiyəsi var, Şuşanı erməni işğalından azad edən Ali Baş Komandanımızın rəhbərliyi altında bütün planlaşdırılan işləri icra edəcəyik. Cənab prezidentin düşünüb, gördüyü işlər hər halda bizim düşündüklərimizdən də əla olacaq”.
Bayram Səfərov ermənilərin Azərbaycan tarixinə aid abidələri dağıtması, qəbiristanlıqları viran qoymasına da toxunub. O qeyd edib ki, bu, ermənilərin köhnə xislətidir, yeni deyil:
“İcra Hakimiyyəti qəbiristanlıqların bərpası üçün indidən addım ata bilməz. Hər bir adamın orada əzizləri dəfn olunub. Ermənilər qəbirlərin üstünü dağıdıblar. Amma şuşalılar əzizlərinin məzarının yerini bilirlər. Hər kəs atasının, anasının, qardaşının qəbrini ziyarət edəcək, nə lazım olsa, özləri bərpa edəcəklər. Əgər İcra Hakimiyyəti tərəfindən köməyə ehtiyac olarsa, təbii ki, yardım göstəriləcək.
Mən bilirəm ki, möhtərəm prezidentimiz Şuşanı o qədər gözəl abadlaşdıracaq ki, nəinki, Azərbaycan bütün dünya Şuşaya həsədlə baxacaq. Şuşanı görmək üçün hər kəs məqam axtaracaq”.
İcra başçısı son olaraq bildirib ki, Şuşanın azad olunduğu barədə Prezidentin müjdəsini, rəsmi xəbəri ona çatdıran şəxsə hədiyyəsi olacaq:
“Rəsmi xəbəri mənə ilk çatdıran hər kim olsa, ona muştuluq verəcəm”.
“Şuşanın rəsmi xəbərini mənə ilk çatdıran şəxsə muştuluq verəcəm”
07
noyabr
16:25
Qarabağ
KOMMENTLƏR
Şuşa alınanda məşhurlar nə edəcək? - “Torpağı yalayacam...“
"Şuşa mənim qəlbim və nəfəsimdir"
Politoloq “Şuşaya bir nəfəs qədər yaxın”lığı şərh etdi: “4-ü, ya 5-i noyabrda...”
Tərtərin Şuşa həsrəti ilə yaşayan ən yaşlı cütlüyü: "Qaça-qaça gedərik” - VİDEO
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev