Laçınlılar bütün bunlara görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdardırlar.
Laçına qayıdanlar arasında illərlə dövlət mənzil fonduna aid evlərdə müvəqqəti məskunlaşmış ailələr də var. Onlar dövlətə təhvil verdikləri mənzilin ehtiyacı olan məcburi köçkün şəhid ailələrinə, qazilərə verilməsindən çox məmnundurlar.