İkinci Qarabağ savaşından Azərbaycan qalib dövlət kimi ayrıldı. Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.
Ali Baş Komandan noyabrın 10-da xalqa müraciət edərək, imzalanmış üçtərəfli bəyanat barədə danışıb. Bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalayıblar.
Maraqlı məqamlardan biri Xankəndidə idarəetmənin necə olacağı ilə bağlıdır.
Milli Məclisin komitə sədri Tahir Rzayev açıqlamasında qeyd edib ki, Xankəndidə bələdiyyə formasında da idarəetmə yaradıla bilər:
“Biz o haqda hələ fikirləşəcəyik. Cənab Prezident müsahibələrində deyib ki, hər şey Ermənistanın bundan sonrakı mövqeyindən asılıdır. Sözsüz ki, ermənilərə Xankəndidə geniş muxtariyyət verilməyəcək. Çünki ermənilər sülh yolu ilə bu torpaqları versəydilər, onların haqqı var idi ki, orada muxtariyyət qazansınlar. Ancaq biz o torpaqları qanımız bahasına aldıq. Qanımız bahasına aldğımız şəkildə onlara geniş muxtariyyət verilə bilməz”.
Xankəndidə icra başçısının azərbaycanlı olub-olmayacağına gəlincə, Tahir Rzayev bunun əhalinin sayı ilə müəyyən ediləcəyini bildirib:
“Sovet dövründə Birinci katib erməni idisə, müavinlərindən biri azərbaycanlı olurdu. Bütün idarəetmələrdə çoxluğu təşkil edənlər seçilirdi. Düşünürəm ki, ermənilər bu vəziyyətdən sonra orada qala bilməyəcəklər. Qalsalar da ancaq yaşlı insanlar qalacaq. Çünki bu qanlı müharibədən sonra ermənilər orada yaşamaq istəməyəcək. Ancaq ölkə Prezidenti dəfələrlə deyib ki, onlar bizim vətəndaşlarımızdır. Biz də vətəndaşlarımıza sayğı ilə yanaşacağıq. Onların bütün təminatları ödəniləcək”.
Xankəndidə idarəetmə necə olacaq? - AÇIQLAMA
10
noyabr
14:31
Qarabağ
KOMMENTLƏR
Xankəndidə idarəetmə necə olacaq? - AÇIQLAMA
Putinin son açıqlaması ermənilərə bu mesajı verir... - Politoloq
Xankəndidə silah anbarı məhv edildi - VİDEO
"Sanki Elmar Məmmədyarov Ermənistanın işğalçılıq siyasətini malalamaqla məşğuldur"
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun 3 əsas nöqtəsini məhv edib (RƏSMİ)
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev