Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru vəzifəsinə təyinat olub. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Elsevər Əsədov təyin edilib. O bundan əvvəl Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı idi.