2023-cü ilin İş Planı üzrə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri əsasında qəbul edilmiş kollegiya qərarlarına əsasən pul, əvəzləşmə və natura ifadəsində, eləcə də vergi öhdəliklərinin dövlət büdcəsinə hesablanması şəklində cəmi 22,9 mln. manat vəsaitin bərpası istiqamətində təkliflər verilib.
Bu barədə Hesablama Palatasının 2023-cü ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatında qeyd olunub.
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin İş Planı üzrə keçirilmiş nəzarət tədbirləri də nəzərə alınmaqla baxılan dövrdə həm əvvəlki ilin, həm də 2023-cü ilin İş Planına əsasən keçirilmiş 7 auditin nəticələri ilə bağlı materiallar hüquq- mühafizə və prokurorluq orqanlarına göndərilib. Hesabat ilinin İş Planı üzrə keçirilmiş auditlərin nəticələrinə əsasən, hüquq-mühafizə və prokurorluq orqanlarına təqdim edilmiş materiallar üzrə ehtimal olunan hüquq pozuntularının məbləği təxminən 23,2 mln. manata bərabər olub.
Cari ilin İş Planına əsasən başa çatdırılmış nəzarət tədbirləri ilə aşkarlanmış 23,4 mln. manat məbləğində maliyyə pozuntuları üzrə bərpa haqqında qərar qəbul edilməyib. Qeyd edək ki, bu məbləğin əsas hissəsini əhaliyə sosial xarakterli ödənişlər təşkil edir.
Yuxarıda göstərilənlərlə yanaşı, auditlər zamanı rast gəlinən pozuntular arasında vəsaitlərin təyinatdankənar istifadəsi, satınalma tətbiq olunmadan vəsaitin icrası, vəsaitlərin səmərəsiz xərclənməsi kimi hallara da rast gəlinmişdir ki, belə hallar üzrə maliyyə pozuntularının məbləği 1,5 mln. manat təşkil edib.
7 auditin nəticələri hüquq-mühafizə orqanlarına göndərilib
13
iyul
17:31
Qarabağ
KOMMENTLƏR
Palata Energetika Nazirliyini və Səhiyyə İdarəsini
Dövlət qurumlarında aşkar edilmiş maliyyə pozuntularının məbləği AÇIQLANDI
Palatanın Naxçıvan İdarəsinin apardığı yoxlamaların nəticələri açıqlanıb
Dövlət büdcəsində hüquq-mühafizə xərcləri artırılır
"Hüquq-mühafizə orqanlarının nəticələri ilə bizi müqayisə etmək doğru deyil" - Palata sədri
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev