Azərbaycana işgüzar səfəri çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 18-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.
İçərişəhərdə gəzinti Qoşa Qala qapısından başlayıb.
Əvvəlcə qonaqlar İçərişəhərdə XVII əsrə aid Yeraltı hamam və İncəsənət Mərkəzi ilə tanış olublar.
Elektromobillə gəzinti zamanı nümayəndə heyətinin üzvlərinə UNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.
Qonaqlar təzə bişmiş təndir çörəyinin dadına baxandan sonra İçərişəhərdə orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli memarlıq abidəsi olan Şirvanşahlar sarayı kompleksi ilə tanış olublar.
Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Bakının rəmzlərindən biri sayılan Qız qalası abidəsinin tarixi barədə də qonaqlara məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanılması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasında 2009-2013-cü illərdə Qız qalasında konservasiya işləri aparılıb.
Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisində yenidən təşkil olunan daş ekspozisiya qonaqların böyük marağına səbəb olub.
İçərişəhərlə tanışlıq iraqlı qonaqlarda xoş təəssürat yaradıb.
Bərzani İçərişəhərlə tanış olub
18
iyul
18:25

Qarabağ
KOMMENTLƏR
Birinci xanımlar İçərişəhərdə - FOTO (YENİLƏNİB)
İsrail Prezidenti və xanımı İçərişəhərlə tanış olublar
İçərişəhərdə divara quraşdırılmış daş yumruq SÖKÜLDÜ
"İçərişəhərin tarixi simasının qorunması şəxsən nəzarətimdədir" - İlham Əliyev
Prezident və birinci xanım İçəri Şəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - Yenilənib, Fotolar
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat