Hazırda həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının oğlu ölkə Prezidentə müraciət edib.
Yenisabah.az xəbər verir ki, meyxanaçının oğlu Yusif Əmirov Prezident İlham Əliyevə video müraciət edərək sosial şəbəkə hesabında paylaşıb.
Bacısı ilə birgə video çəkən Yusif atasının cinayətkar olmadığını və ona tələ qurulduğunu iddia edib:
"Mən Prezidentə həm bir baba kimi, həm də prezidentimiz kimi müraciət etmək istəyirəm. Bizim ürəyimizdə böyük bir yük var. O yük bizim atamızdır. Atamız 20 il bu ölkədə xalqın şairi olub, hər kəs onu sevir. Mənə tez-tez bu haqda mesajlar yazırlar, çöldə görəndə qucaqlayıb öpürlər. Hamısı atamı sevənlərdir, onlar iki əllərini də göyə qaldırıb atama görə Allaha dua edirlər. Mən 5 dil bilirəm, bunun da bir səbəbi var - Atam. O həmişə bizim yanımızda olub, bizə dəstək olub, heç vaxt bizim xətrimizə dəyməyib, bizi çox sevirdi.
Bacım da, mən də özəl məktəbdə oxuyuruq və nəticələrimiz yüksəkdir. Bizim təhsilimiz yarımçıq qalsa, nə edəcəyik? Ola bilər ki, gələcəyimiz olmayacaq.
Mənim atam cinayətkar deyil. Kiçik toyumdan sonra pula görə atamı qurmaya saldılar. Cənab Prezident, göydə Allah, yerdə də siz bizə kömək edə bilərsiniz. Bu, mənim ümidimdir. Bu ay mənim atamın məhkəməsidir və ümid edirəm ki, siz bizə kömək edəcəksiniz".
Həmin görüntüləri təqdim edirik:
Rəşad Dağlının oğlu Prezidentə müraciət etdi - - “Atamı tora salıblar”
22
iyul
11:14
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev