Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış bəyanat sənədinə əsasən, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti 1 960 hərbçi, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacaq.
Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovdur.
Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dərbənd rayonunun Çinar kəndində anadan olub. Əslən Dağıstanın Tabasaran bölgəsinin Xanak kəndindəndir. Kazan Suvorov hərbi məktəbinin məzunudur. Daha sonra Novoçerkasskdakı kursantlar məktəbini bitirib. 1990-cı ildən bəri hərbi xidmətdədir. Fərqlənmə ilə S.M.Kirov adına Leninqrad Ali Birləşdirilmiş Silah Komandanlığı Məktəbini (1995), Birləşdirilmiş Silahlar Akademiyasını və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (2015) bitirib.
25 dekabr 2018-ci ildən 9 saylı Cənub Hərbi Dairə Komandirinin müavini olan general-leytenant Rusiya Federasiyasının Qəhrəmanı adını da qazanıb.
General Muradov hər iki Çeçen müharibəsində iştirak edib. 1996-cı ildə Verxniy Çentoroy kəndi və 2000-ci ildə isə general-mayor Vladimir Şamanovun rəhbərliyi altında Aslan Masxadovun Datoi şəhərindəki qərargahının ələ keçirilməsi əməliyyatlarında iştirak edib. Buna görə İki Cəsarət ordeni ilə mükafatlandırılıb.
Rusiya Ordusunun generalı 2016-cı ildə Donbasdakı atəşkəs məsələlərinə nəzarət və koordinasiya və demarkasiya xəttinin sabitləşdirilməsi mərkəzində Moskvanın nümayəndəsi olub. Muradov 5 mart 2016-cı il tarixində Yasinovataya qəsəbəsi yaxınlığında təxminən 20 dəqiqə ərzində RPG, zenit silahları, ağır pulemyotlardan 4 əl atəşə tutulub.
2017-ci ildə Suriyada hərbi məsləhətçi təyin olunub. İki həftə ərzində Rüstəm Muradovun komandirliyindəki dəstələr Əs-Suxnedən Deyr-əz-Zora yola çıxaraq düşmənin sərt müdafiə xəttini keçib. Gündə 15-20 km, bəzi günlərdə isə 30 km-ə qədər məsafə qət ediblər. Deyr-əz-Zor istiqamətində uğurlu əməliyyatdan sonra 7-ci hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülüb. / BAKU.WS
Rus sülhməramlıların komandanı general Muradov barədə - MARAQLI FAKTLAR
13
noyabr
16:24
Qarabağ
KOMMENTLƏR
Qarabağda sülhməramlılara Muradov başçılıq edəcək - DOSYE
Sülhməramlıların olduğu daha 2 təyyarə Qarabağa yola düşüb
Rusiya sülhməramlılarından ibarət 10-cu təyyarə Dağlıq Qarabağa yola düşdü
Rusiyalı sülhməramlılar Laçın dəhlizində ilk postu qurdular - FOTO
Ermənistanın müdafiə naziri Rusiya sülhməramlılarının komandanı ilə görüşdü
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev