“Qələbə xəbərini alandan bəri təəssüratlarım çox yüksəkdir. Hamı kimi sevincimin həddi-hüdudu yoxdur. Hamımızın arzusu bir idi, şükürlər olsun ki, bizə bu qələbənin canlı şahidi olmaq qismət oldu”.
Bu sözləri “Bu şəhərdə"nin ssenaristi Müşfiq Abbasov deyib.
O, 2020-ci ilin Azərbaycan xalqı üçün düşərli olduğunu bildirib:
“Ümumiyyətlə, bizim nəsil çox maraqlı nəsildir, hər şeyi gördük - talonla qənd, yağ almağı, hamını aldadıb qaçan bankı, Qarabağın ermənilər tərəfindən işğal olunmasını, azad olunmasını, karantini, koronavirusu gördük. Bizim zəmanə çox maraqlı və dinamikdir. Allaha şükür ki, 2020-ci il dünyadan fərqli olaraq bizə düşərli oldu. Arzu edirəm ki, qələbə tək 2020-də yox, hər zaman bizimlə olsun. Çünki bizə həm sevinc yaraşır, həm də sevinməyi bacarırıq”.
Ssenarist “Bu şəhərdə” komandasının tezliklə Paşinyanla bağlı səhnəcikləri təqdim edəcəyini açıqlayıb: “Artıq ölkədə internet məhdudiyyəti aradan götürülüb. Biz də artıq işlərə başlayırıq. Hələ ki, “YouTube” formatında fəaliyyət göstərəcəyik, çünki karantinə görə konsert vermək alınmayacaq. Obraz olaraq Paşinyan bizə o qədər mövzu verdi ki... Mənim ssenari yazmağıma ehtiyac qalmadı, daha təsirli nəsə yazmaq lazım olmadı, yüngül korrektələr etdim. Bütün mövzuları özü, arvadı verdi. Səhnə üçün əla obrazlarımız var, İnşallah təqdim edəcəyik. Təxminən 10 gün, 2 həftə ərzində yeni səhnəcikləri yerləşdirəcəyik”.
“Paşinyan və arvadı bizə çoxlu mövzu verdi“ - “Bu şəhərdə“nin ssenaristi
16
noyabr
16:42
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev