Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Azərbaycanın Qarabağda antiterror əməliyyatı başlamasına münasibət bildirərək deyib ki bu Rusiyanın maraqlarına xidmət edir. Azərbaycan hakimiyyəti 3-cü Qarabağ müharibəsindən yayınmaq üçün hər şeyi etməlidir.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror əməliyyatı Ermənistanın təxribatçı hərəkətlərinə cavab olaraq həyta keçirildi. Əli Kərimli bu bəyanatı ilə ermənidən çox erməni olduğunu ortaya qoydu.Adı və soyadı azərbaycanlı olsa da, xisləti etibarilə ermənidir. Ondan başqa cür yanaşma gözləmirdik:
"Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror əməliyyatı Ermənistanın təxribatçı hərəkətlərinə cavab olaraq həyta keçirildi. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Bu məsələdə Azərbaycan ordusu və xalqı yekdildir. Azərbaycan cəmiyyəti bu məsələdə vahid mövqeyə malikdir. Azərbaycandakı 23 siyasi partiya Azərbaycan Prezidenti Ali Baş Komandanın addımlarını dəstəkləyən bəyanatla çıxış ediblər. Bu bəyanata qoşulmayan və imzasını atmayan, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror əməliyyatını bəyənməyən Azərbaycan Xalq Cəbhəsi, Müsavat, Real partiyası olub. Xüsusilə də, AXCP sədri Əli Kərimli Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatını bəyənmədiyini dilə gətirir və hesab edir ki, Azərbaycan bu addımı atmamalı idi. Guya bu addımın atılması Rusiyanın maraqlarına xidmət edir. Əli Kərimli bəzən elə mövqe ortaya qoyur ki, ona şərh verməyə belə lüzum olmur.3 ildir ki, Ermənistan Silahlı Qüvvələri separatçı tör-töküntüləri Azərbaycan Silahlı Qüvvələrini hədəf alır. Bundan başqa, mina terroru siyasətini həyata keçirir. Sentyabr ayının 19-da mülki şəxsləri həlak olub. Paşinyan sentyabrın 2-də separatçı rejimin yaranması münasibətilə təbrik məktubu göndərir və praktik olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımadığını qeyd edir. Sentyabrın 9-da Azərbaycan ərazisində qondarma prezident seçkisi keçirdilər. Azərbaycana meydan oxuyurlar. Azərbaycan silahlı qüvvələri bunu sükutla izləməli, göz yummalı idimi? Əli Kərimli bunumu istəyirdi? Hesab edirəm ki, Əli Kərimli bu bəyanatı ilə ermənidən çox erməni olduğunu ortaya qoydu.Adı və soyadı azərbaycanlı olsa da, xisləti etibarilə ermənidir. Ondan başqa cür yanaşma gözləmirdik. İkinci Qarabağ müharibəsində də ermənipərəst mövqeyini ortaya qoymuşdu. Yəqin ki, xaricdəki havadarlarının tapşırığı belə olub. Ona görə də Əli Kərimli belə anti-milli bəyanat ortaya qoyub".
"Əli Kərimli ermənidən daha çox erməni olduğunu ortaya qoydu"- Elman Nəsirov
20
sentyabr
13:46
Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov: “Əli Kərimli Rusiya Müdafiə Nazirliyinin əməkdaşı kimi davranır”
Başqa yolumuz qalmamışdı: Ordumuz yenidən tarix yazır
“Anti-terror tədbirləri bütün hədəflərimizə nail olduqdan sonra başa çatacaq” – Elman Nəsirov
Qarabağdakı ermənilər tərksilah olunurlar - RƏSMİ
Ermənistan qarışıb: Azərbaycan Qarabağda antiterror əməliyyatına başlayır?
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı