“Antiterror tədbirləri uzunmüddətli olmayacaq. Söhbət bir nçə sutkalıq antiterror tədbirlərindən gedir. Əsas odur ki, bizim tələblərimiz icra edilsin”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Onun sözlərinə görə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin başlanması gözlənilən idi:
“Belə ki, Ermənistan, xüsusilə son dövrdə həm informasiya cəbhəsində, həm də hərbi müstəvidə Azərbaycana qarşı çeşid-çeşid, sistemli və ardıcıl şəkildə təxribatlar həyata keçirməkdə idi. Azərbaycana qarşı həyata keçirilən təxribatçı addımların qarşılığında Azərbaycan tərəfi hər dəfə xəbərdarlıq edirdi ki, Ermənistan özünü yığışdırsın, beynəlxlaq hüquqa uyğun addım atsın, sülhə gəlsin və həllini gözləyən məsələlərlə bağlı təkcə sözdə deyil, əməli addımlar da atsın.
Ancaq bütün bunların heç biri baş vermirdi, əksinə hərbi təxribatları getdikcə intensivləşirdilər. Azərbaycan Prezidenti də dəfələrlə qeyd etmişdi ki, biz istəyirik ki, Ermənistanla sülh müqaviləsi imzalayaq və bütün məsələlər dinc yolla həllini tapsın.
Ermənistan bizi vadar etməsin ki, təhlükə və təhdid mənbəyinin hərbi yolla aradan qaldırılması istiqamətində addımlar ataq. Görünür ki, həmin zaman gəlib çatıb. Artıq Ermənistanın siyasi həyasızlığının hüdudları yox idi. Ona görə də bu antiterror tədbirlərinin başlanması labüd idi”.
Elman Nəsirov qeyd edib ki, Azərbaycanın tələbi ilk növbədə Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında Ermənistan silahlı qüvvələrinin qalıqlarının tamamilə çıxarılmasıdır:
“Separatçı rejimə xidmət edən qeyri-qanuni hərbi birləşmələr tərki-silah edilsin, yaxud Qarabağdan çıxarılsın. Həmçinin, Azərbaycana qarşı bu təhdid və təhlükə mənbələri tam aradan qaldırılmış olsun.
Bütün bu hədəflərə çatdıqdan sonra hesab edirəm ki, lokal antiterror tədbirləri başa çata və yeni reallıqlar yarana bilər. Xankəndidə, Xocalıda və nəzarətdən kənar qalan digər ərazilərimizdə bayrağımız dalğalanmalıdır. Orada yaşayan erməni əhalisinin siyahıya alınması həyata keçirilməlidir.
Siyahıyaalınma nəticəsində kimlər ki, Azərbaycana reinteqrasiya yolunu seçəcək, onlara Azərbaycan pasport açmalıdır. əks mövqedə dayananlar isə Azərbaycanın Qarabağ bölgəsini tərk edib Ermənistana və ya digər ölkələrə getməlidirlər. Məsələ bu qədər sadədir.
Azərbaycanın bu məsələlərlə bağlı aydın, dəyişməz və prinsipial mövqeyi var.
O mövqeyin müəllifi cənab İlham Əliyevdir və Prezident nəyi deyirsə, o da təsdiqini tapır. Özü ilə əməli tam üst-üstə düşür. Bu reallığı Ermənistan, bu ölkənin siyasi və hərbi rəhbərliyi, əhalisi, eləcə də Qarabağda yaşayan ermənilər çox gözəl bilir. Ona görə də nə qədər ki, gec deyil, konkret nəticəyə gəlsinlər”.
“Anti-terror tədbirləri bütün hədəflərimizə nail olduqdan sonra başa çatacaq” – Elman Nəsirov
19
sentyabr
17:48
Qarabağ
KOMMENTLƏR
Ermənistan qarışıb: Azərbaycan Qarabağda antiterror əməliyyatına başlayır?
Bu məzarlıqlar İrəvanın hərbi cinayətlərini ifşa edir – Mövqe
Ermənistan KTMT daxilində belə heç bir nüfuza malik deyil - ŞƏRH
Elman Nəsirov: “İnformasiya müharibəsinin içindəyik”
Elman Nəsirov: “Ermənistandan növbəti hərbi təxribat gözləmək mümkündür, bel sütunu dağıdıla bilər”
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev